Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Minsk Qrupu artıq fəaliyyət göstərmir“ - Dövlət Departamenti də etiraf etdi

Tarix 26.01.23, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


"ATƏT-in Minsk qrupu "artıq bir neçə müddətdir ki, fəaliyyət göstərmir". Bunu çərşənbə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays etiraf edib.

"Amma biz ikitərəfli, ATƏT vasitəsilə çoxtərəfli əsaslarla, tərəfdaşlarımız və tərəflərin özləri ilə birlikdə bu münaqişənin həlli üzərində işləməyə hazırıq" - deyə o, "Turan"-ın Vaşinqtonun vasitəçilik səyləri haqqında suallarına cavabda bildirib.

"Qarabağdan söhbət getdikdə, ABŞ Avropalı tərəfdaşları ilə "sıx əməkdaşlıq edir". Bizim Avropalı tərəfdaşlarımızın müşahidə missiyaları var, onlar yerlərdədirlər. Biz onlarla məlumatları bölüşürük, onlar da eyni şeyi edir" - deyə, o qeyd edib.

"Biz dayanıqlı sülhə və gərginliyin azaldılmasına nail olmaq üçün səmərəli hesab etdiyimiz addımları atmağa davam edəcəyik" - deyə, Prays sözünə davam edib.

Praysın şərhləri Azərbaycan XİN-in mətbuat katibinin Vaşinqtonun Laçın yolu ətrafında vəziyyətlə bağlı narahatlıqlarını təkzib etməsindən sonra səslənib.

"Hesab edirik ki, danışıqlar irəliyə aparan yoldur. Biz ilkin tələbat məhsullarından və yaşamaq üçün ərzaqlardan asılı olanların humanitar tələbatlarını təmin etmək üçün hərəkət azadlığını bərpa etməyə çağırdıq" - deyə, Prays bildirib.



Xəbərin oxunma sayı : 424




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap