Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Londonda Azərbaycan bayrağına din təəssübkeşliyi bəhanəsi ilə həqarət təxribatdır” - QMİ-dən BƏYANAT

Tarix 05.08.22, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir.

Bu barədə QMİ-dən daxil olan bəyanatda bildirilib.

“Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər.

Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrı-seçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər, bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcək. Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və birliyimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaq, inşallah!” - bəyanatda deyilir.



Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap