Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əli Abbasovun adamı da həbsdən canını qurtardı - 300 minlik villasını verdi

Tarix 14.02.19, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Şahin Tağıyev mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən ev dustaqlığında olan Ş.Tağıyevə şərti cəza verilib.

Şahin Tağıyev sərbəst ifadəsində rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsini və əldə edilən məbləğin mənimsənilməsini təsdiq etmişdi. Lakin o demişdi ki, bunu podratçı şirkət edib: "Mənim marağım sadəcə bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da, pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma heç kəsdən qalan puldan özüm üçün heç nə almamışam".

Məhkəmədə o da məlum olmuşdu ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki iki mərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.

İttiham aktında yazılır ki, Qəbələdə görüləcək rabitə işlərinə nazirlik tərəfindən ayrılan pulun 90 faiz Oqtay Rüstəmova verilib. Həmin məbləğin 1 faizi bank əməliyyatlarına ayrılıb.

Ş.Tağıyevin dediyindən məlum olub ki, qalan 9 faiz məbləğlə isə Qəbələ rayonu ərazisində rabitə işləri görülüb.

Amma istintaq belə qənaətə gəlib ki, Ş.Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əmlakını mənimsəyiblər.

Ş.Tağıyev ümumi mənimsənilən 1 milyondan artıq məbləğin 10 faizini şəxsən özü tərəfindən mənimsəmədə günahlandırılır. İstintaqla müəyyən edilib ki, Ş.Tağıyev rəisi olduğu qovşaqda işlərin görülməsi üçün ayrılan vəsaitdən 168 min manatını mənimsəyib.

Ş.Tağıyev verilən ittihamla özünü təqsirli bilməyib. O deyib ki, istintaqın müəyyən etdiyi 168 min manat məbləği özü götürməsə də ödəyib

Qeyd edək ki, Ş.Tağıyev həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sabiq nazir Əli Abbasovun adı "Rabitə işi"bəs dəfələrlə çəkilsə də o, cinayət məsuliyyətinə cəlb edilməsi. Dövlət büdcəsindən milyonlar talamaqda ittiham edilən 11 rabitə işçisinə məhkəmə hökmü ilə cəza verilsə də həmin işçilərə rəhbərlik etmiş, sadəcə aylıq xərci 300 min manat olan (bu fakt cinayət işi materiallarında var və Əli Abbasov da istintaqdakı ifadəsində bunu təsdiq edib) Əli Abbasov məsuliyyətə yaxa qurtara bildi...



Xəbərin oxunma sayı : 508




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap