Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Heç bir şey mənim arzularımın önünü kəsə bilməz” – Azərbaycanlı müğənni

Tarix 27.08.20, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


“O səs Türkiyə”nin yarımfinalisti, Naz Dej ləqəbli müğənni Nəzrin Məmmədova Milli.Az-a müsahibə verib.


– Seçdiyiniz ləqəb əcnəbi müğənni təəssüratı yaradır. Niyə məhz Naz Dej?

– Xeyr, azərbaycanlıyam, burada doğulmuşam, Azərbaycanda yaşayıram. Əsl ad soyadımın Nəzrin Məmmədova olmağını çox insan bilmir. Özümə insanların marağını çəkəcək bir ləqəb seçmişəm. “Dej” sözünün mənası fransız dilində yüksəkdə olmaq deməkdir.

– Bu sahəyə marağınız nə vaxtdan yaranmağa başlayıb?

– 6 yaşımdan professional olaraq musiqi ilə məşğul oluram. Əslində, musiqiyə başlama səbəbim anam sayəsində olub. O, 6 yaşım olanda məni fortepiano və vokal dərslərinə yazdırıb. Əvvəllər bu sahəni sevməsəm də, ancaq hazırda yaxşı ki, vaxtında bu işin təhsilini almışam deyirəm.


 – Müğənniliyə başlamaq istədiyinizi deyəndə yaxınlarınızın reaksiyası necə olub?

– Əslində, bu mövzuda çox problem yaşamışam. Hətta indi belə mənim düşüncəmin dəyişməsini gözləyən qohumlarım var. Ancaq heç bir şey mənim istək və arzularımın önünü kəsə bilməz. Düzdü, hazırda nisbətən də olsa qəbullanıblar, amma bunu dəstək baxımından görməmişəm.

– İlk səhnə təcrübəniz nə vaxt olub? İndiyədək bu sahədə hansı işlər görmüsünüz?

– İlk səhnə təcrübəm 6 yaşında “Çiçəklərim” ansanblı ilə solo ifam nəticəsində olub. İlk təcrübəm də həmin yaşda qatıldığım “Dan Ulduzu” adlı yarışma sayəsində oldu. Bununla yanaşı, 3 il rəqs və 2 il muğam dərsləri almışam. 16 yaşında “Azərbaycanın Səsi”, 22 yaşında isə “O Səs Türkiyə” müsabiqəsinə qatılıb, yarımfinala qədər yüksəlməyi bacarmışam.


– Dünya şöhrətli müğənnilərdən ən çox kimi bəyənirsiz?

– Pop janrı üzrə Beyonce, rok və caz janrı üzrə Şəbnəm Fərah. /

– Evlisiz?

– Xeyr. Subayam.


– Bir gün çox sevdiyiniz şəxs müğənniliyin daşını atmağınızı istəsə, buna nə reaksiya verərdiniz?

– Əvvəla gələcəkdə düşüncəmin nə yerdə olacağını bilməsəm də, ancaq hal-hazırdakı düşüncəm, məni sevən şəxs mənim xoşbəxt olmağımı da özünə vacib bilməlidi deyə düşünürəm. İki seçim arasında qalsam, karyeramı seçərdim.

– Hazırda müğənnilər həm aparıcı, həm model, həm də aktrisalıqla da məşğul olurlar. Bu sahələrdə də özünüzü sınamağı düşünürsünüz?

– Hazırda gücümü musiqi işinə yönəltmişəm. Çünki bir əldə bir neçə qarpız tutmaq olmaz. Ancaq xəyallarımdan biri də dram janrlı filmdə çəkilməkdir. Gələcəkdə özümü bu sahədə sınamaq istəyərəm.


– “Youtube”da bir neçə klipiniz var, baxışları da kifayət qədərdir. Buradan gələn aylıq gəlirinizi bilmək olar?

– Rəqəm açıqlamaq düzgün olmaz. Ancaq bunu deyim ki, hazırda mənim qazanc yerim, sadəcə, “YouTube” üzərindəndir. Amma mənim “Youtube” kanalımda çoxluğu “cover video”ları təşkil edir. Bu da o deməkdir ki, mahnının müəllifi mənim “cover” etdiyim mahnıdan gələn gəliri özünə götürür. Bu hal insanı həvəsdən salır və bu səbəbdən də heç bir müğənni başqasının mahnısını oxumur. Eynən də mən bu barədə çox problem yaşadım. Əfsuslar olsun ki, bu sahədə dəstək olanlardan çox önünü kəsənlərin sayı daha çoxdu.



Xəbərin oxunma sayı : 10009




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap