“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Əkrəm İmamoğlu saxlanıldı - Korrupsiyada ittiham olunur

Tarix 19.03.25, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu saxlanılıb.

Türkiyə mediası xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı böyük korrupsiya əməliyyatı başlayıb. Əməliyyat çərçivəsində Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murat Ongun saxlanılıb. 

Aralarında jurnalist və iş adamlarının da olduğu 100-ə yaxın adamın saxlanması ilə nəticələnən əməliyyatın İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı "Medya A.Ş"-də keçirilən tenderlər və  PKK ilə CHP arasında "şəhər uzlaşması" ilə bağlı olduğu qeyd edilib.

Bir çox polis İmamoğlunun Sarıyerdəki iqamətgahı ətrafında təhlükəsizlik tədbirləri görüb. İmamoğlunun iqamətgahında axtarış aparıldığı öyrənilib.

İstanbul Baş Prokurorluğu ötən həftələrdə İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı "Medya AŞ"-in ünvanına çatdırılma üçün keçirdiyi tenderlərdə qanunsuzluqlar aşkarlandıqdan sonra hərəkətə keçib.

“Medya AŞ” şirkətinin Şişlidəki qərargahında prokurorluğun göstərişi ilə maliyyə cinayətlərinə qarşı mübarizə polisi tərəfindən axtarış aparılıb.

Tenderi alan 21 şirkətlə bağlı məlumat və sənədlər şirkətdən tələb edilib və onların kompüterləri müsadirə edilib.





Xəbərin oxunma sayı : 1036




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap