Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çinin hədələri havada qaldı - Pelosinin təyyarəsi Tayvanı tərk etdi

Tarix 03.08.22, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanını tərk edib. 

Bu barədə məlumat “Flightradar24” resursunda öz əksini tapıb.

Qeyd edək ki, Nensi Pelosinin adaya səfərindən öncə Çin ziyarətin baş tutacağı təqdirdə “effektiv güc tədbiri” görəcəyini bildirmişdi. Amerikalı siyasətçinin təyyarəsi paytaxt Taybeyə enəndən sonra isə Çin Xalq Azadlıq Ordusu ada ətrafında hərbi təlimlərə başladığını, təlimlərdə nüvə başlığı olmayan raketləri sınaqdan keçirəcəyini elan edib. Bununla belə, Nensi Pelosi saat 14:00-da heç bir əngəl olmadan adanı tərk edib.

***

Göyərtəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin olduğu təyyarə Tayvanın paytaxtı Taybeyi tərk edib. “Report” xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-40-C” təyyarəsi Sunşan aeroportundan havaya qalxıb.

Xatırladaq ki, Çinin etirazlarına baxmayaraq, N.Pelosi ötən gün Tayvana gəlib. Sonuncu dəfə yüksəkvəzifəli amerikalı siyasətçinin adaya səfəri 1997-ci ildə olub. Həmin il ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri respublikaçı Nyut Qinqriçin Tayvana səfər edib. Pekin dəfələrlə Vaşinqtona N.Pelosinin səfərinə biganə qalmayacağı ilə bağlı xəbərdarlıq edərək ziyarət baş tutacağı təqdirdə sərt tədbirlər görəcəyini vəd etmişdi.

N.Pelosi adaya səfəri başlayan kimi ziyarətin ABŞ-ın Çin siyasətinə zidd olmadığı ilə bağlı bəyanat yayıb. Səfərin başlamasından bir neçə dəqiqə sonra Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başladığını elan edib.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.



Xəbərin oxunma sayı : 766




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap