Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şimali Kiprdə iri mafiozun qətli: izlər Söyləməz qardaşlarına aparır

Tarix 10.02.22, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Kiprdə iri (həm də sözün hərfi mənasında) mafioz və iş adamı Halil Falyalının və sürücüsünün qətlinə görə “Söyləməz qardaşları” adlı mafiyanın lideri Mustafa Söyləməz də daxil olmaqla üç şübhəli saxlanılıb. Bu haqda Türkiyə KİV-ləri xəbər verir.

Qumarxanalar və otel biznesi ilə məşğul olan Halil Falyalı bir neçə gün əvvəl Şimali Kiprin Girne şəhərində avtomobillə hərəkətdə olarkən silahlı hücuma məruz qalıb. Killerlər guya avtomobillərinin xarab olduğu görüntüsü yaradaraq onun yolunun üstündə dayanıb gözləyiblər, Falyalının avtomobili yaxınlaşanda onu güllə yağışına tutublar. Aldığı yaralardan Falyalının sürücüsü hadisə yerində, özü xəstəxanada ölüb.

Onun öldürülməsində “Söyləməz qardaşları” adlı mafioz qruplaşmanın əli olduğuna dair şübhələr çox keçmədən yaranıb. Və üç şübhəli İstanbulda saxlanılıb, onlardan birinin-Mustafa Söyləməzin Halil Falyalı ilə müntəzəm telefon əlaqəsinin olduğu bildirilir.

“Söyləməz qardaşları” mütəşəkkil cinayətkar qruplaşmasının adı Türkiyədə bir çox cinayətlərdə çəkilir. Bu qruplaşmanın iki üzvü-Mehmet Sena Söyləməz və Mehmet Faysal Söyləməz 2004-cü ildə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. 2010-cu ilin əvvəllərində onlar Bakıda tutulub və daha sonra Türkiyəyə ekstradisiya edilib.

Hərçənd indi Mustafa Söyləməzin saxlanılması ilə bağlı xəbərlərdə Türkiyə KİV-ləri həmin şəxslərin ötən ilin iyununda Azərbaycanda saxlanıldığını və Türkiyəyə ekstradisiya olunduğunu qeyd edirlər. Lakin Azərbaycan mənbələrində bu barədə hər hansı məlumat yoxdur.(virtualaz.org)



Xəbərin oxunma sayı : 550




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap