Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Heç bir ətin satışı qadağan deyil” – Eşşək ətinin satışı ilə bağlı açıqlama –VİDEO

Tarix 18.10.18, 15:03

Font ölçüsü : - / +
bitmap-img6


Qarmaqlarda mal və qoyun ətlərini görməyə öyrəşmişik. Burda at və eşşək əti görmək isə kimsəyə xoş gəlməz. Halbuki, dünyanın bir çox ölkələrində at və eşşək əti yemək normal hesab edilir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Azad İstehlakçılar Birliyinin sədri - Eyyub Hüseynov: “Ölkəmizdə heç bir ətin satışı qadağan deyil. 63-cü illərdə bir sənəd qəbul olunub. O sənəd məndədir. 15 respublika arasında bir Azərbaycanda eşşək əti yeməli ət kimi, növləri, qiymətləri yazılıb”.

Yəni məsələ qəssabların eşşək ətini sata bilməməsində deyil. Eşşəyin mal yerinə qoyulmasındadır. O qədər at və uzunqulaq ətinin mal əti adı altında sırınmasını eşitmişik ki, bu da insanlarda inamsızlıq yaradır.

Sakin: “Mal ətinin özünün neçə cür rəngi olur. At əti tünd olur. Gündə ətdən istfadə edən adam onu o dəqiqə bilməlidir ”.

Bilərək, istəyərək dadmaq istəyən çətin tapılsın. Amma yazıq adam hardan bilsin ki, üstünə böyük həriflərlə mal, qoyun hətta quzu əti yazılan bu cəmdəklər əslində hansı heyvana məxsusdur? Əti-ətdən fərqləndirmək üçün də gərək işin ustası olasan. Qəssablar bunu daha yaxşı bilir.

Qəssab: “Sümüyü və üstündə saxladığı dərisi ilə seçmək çox asandır. Evinə ət alıb aparıb qazana tökəndə ondan üfunət iyi gəlir. Həmin adam hiss etmir ki, bu ət iyi deyil?”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri - Ziyəddin Kazımov: “At ətindən respublikada istifadə olunması məqsədəuyğun deyil”.

Nə badə bu əlamətləri seçə bilməyəsən. Qalırsan qəssabın insafına ki, insafı olan onsuzda uzunqulaq ətini mal əti kimi sərgiləməz. Halbuki elə deyildiyi kimi keçini keçi, qoyunu qoyun uzunqulağı da uzunqulaq, ayağından asmalıdırlar.



1.jpg (91 KB)
2.jpg (111 KB)





Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap