“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir” - Ərdoğan

Tarix 08.12.23, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı aldatdığını deyərək rəsmi İrəvanı təxribatlara getməməyə çağırıb”.

“Report” xəbər verir ki, dövlət başçısı Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında rəsmi Parisin Ermənistanı təhrik etdiyini deyib:

“Fransa daha əvvəl də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. İndi isə yenidən Ermənistanı təhrik edir. Zirehli texnikalar versə nə olacaq ki?! Bunun da nəticəsi olmayacaq. Çünki artıq öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan var. Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, tüfənglər Azərbaycanın əlinə keçib. Fransa Ermənistanı aldadır”.

Türkiyə lideri bildirib ki, Ermənistan hakimiyyəti yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır: “Ermənistan təxribatlara getməməlidir. Sülh imkanlarını dəyərləndirməsi və bəzi ölkələrin tələsinə düşməməsi İrəvanın xeyrinə olar. Azərbaycanla sülh Ermənistan üçün ən yaxşı yoldur. Əllərinə silah verənlər Ermənistanı tək qoyacaqlar”.



Xəbərin oxunma sayı : 1015




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap