Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Evləri ucuz alıb, baha rəsmiləşdirirdik“ - Şahid ifadəsi

Tarix 28.11.22, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


"Evləri ucuz qiymətə alıb, baha qiymətə rəsmiləşdirirdik".

AzFakt.com "Report"a istinadla xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Rüfət Kərimov deyib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan obyektlərin İdarəsində şöbə müdiri vəzifəsində çalışdığını qeyd edib.

Şahid bildirib ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərin İdarənin rəisi Natiq Əzizovun tapşırıqlarını icra edib: "Mən alqı-satqı işlərində iştirak etmişəm. Evləri baha qiymətə rəsmiləşdirib, ucuz qiymətə alırdıq. Məsələn 50 min manata rəsmiləşdirilən mənzili 30 min manata təhvil vermişəm. Gəncə və Mingəçevir şəhərlərinin tikintiləri mənə həvalə olunmuşdu".

Daha sonra şahid qismində Vüqar Cəfərov dindirilib. O söyləyib ki, Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) Gəncə şöbəsində məsləhətçi vəzifəsində çalışır. Onun sözlərinə görə, vətəndaşın evini 62 min manata alıb, 70 min manat qiymətində rəsmiləşdirilib: "Aldığımız evlər təmirli və təmirsiz mənzillər olurdu. Hər evdən qalan artıq pulu Natiq Əzizovun adamı olan Rövşən Xəlilova vermişəm".

Şahid Nizami Əhmədov vurğulayıb ki, DSMF-nin Gəncənin Kəpəz rayon şöbəsinin rəisi vəzifəsində işləyir: "Bizə nazirlikdən deyilmişdi ki, ancaq sənədli evlər tapın. 2014-cü ildə Natiq Əzizov mənə Gəncədə evlərin alqı-satqı işlərində iştirak etməyimi dedi. Natiqin özü də alqısatqı məsələsində Gəncəyə gəlib-gedirdi. 32 min manatlıq evi 48 min manata, 42 min manatlıq evi 70 min manata rəsmiləşdirirdik. Artıq pullar isə birbaşa nazirliyin nümayəndəsi Natiq Əzizovun özünə təqdim edilirdi".

Daha sonra digər şahid Rövşən Xəlilov ifadə verib. O, "Xəzər təmir" MMC-nin rəhbəri vəzifəsində çalışdığını deyib: "Bütün evlərdən qalan artıq pulları Natiq Əzizova vermişəm. Son 6 min manatı isə bu işdə şahid olan nazirliyin nümayəndəsi Rüfət Kərimova təqdim etmişəm. Tək dövlət tərəfindən Gəncə şəhərində evlərin təmirinə ayrılan 262 min manatı Natiq Əzizova vermişəm".

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.



Xəbərin oxunma sayı : 604




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap