Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Çempionlar Liqası: mərhələlər, komandalar

Tarix 29.04.22, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasının 2022-2023 mövsümü ilkin təsnifat mərhələsi ilə (21-24 iyun) start götürür.

AzFakt.com bildirir ki, həmin raunda İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya” vəsiqəni təmin edib.

Birinci mərhələnin (5-13 iyul) bu iştirakçıları bəllidir: Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Farer adalarından “Klaksvik”, Cəbəllütariqdən “Linkoln”, Uelsdən “Nyu Sents”.

İkinci mərhələyə (19-27 iyul) liqalar yolu ilə Avstriyadan “Şturm”, Ukraynadan “Dinamo” düşüb.

Üçüncü mərhələ (2-9 avqust) hələlik komandasızdır.

Dördüncü mərhələdə (16-24 avqust) Ukraynadan “Şaxtyor” var.

Qrup mərhələsində (6 sentyabr-2 noyabr) İngiltərədən “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, İtaliyadan “Milan”, “İnter”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), Fransadan PSJ, Portuqaliyadan “Portu”, Avstriyadan “Zalsburq” yer alır.

Portuqaliyadan “Sportinq”, “Benfika”, Şotlandiyadan “Seltik”, “Reyncers”, Türkiyədən “Trabzonspor”un turnirə hansı mərhələdən qoşulacağı hələ bilinmir.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.

Rusiyanın klubları beynəlxalq yarışlara buraxılmır.



Xəbərin oxunma sayı : 421




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap