Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dollar güclənəcək, qiymətlər bahalaşacaq” – Bəs, manatı nə gözləyir?

Tarix 03.11.22, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


“Dollar güclənəcək, qiymətlər bahalaşacaq”

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) ardıcıl dördüncü dəfə uçot dərəcəsini artıraraq faiz dərəcələrini 15 ilin ən yüksək səviyyəsinə qaldırıb.

FED faiz dərəcəslərini 0,75 bənd də artıraraq 3,75-4 faiz aralığına çatdırıb.

Bəs, FED-in bu qərarı Azərbaycan iqtisadiyyatına və manata necə təsir göstərəcək?

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, FED-in sözügedən qərarı dünya miqyasında yerli valyutaların dollar qarşısında dəyər itirməsilə nəticələnəcək:

“FED-in uçot dərəcəsini qaldırması ABŞ-da inflyasiyanı cilovlamaq üçün bir vasitədir. Yanvardan bəri ABŞ-da inflyasiya son illərin ən yüksək həddinə çatıb. Ona görə də FED son zamanlar dolların uçot dərəcəsini artırmaq kursunu götürüb. Yəni, FED-in atdığı addım əsasən Amerikanın öz daxili problemilə bağlı olan məsələdir.

Amma qərar bütün hallarda digər valyutaların dollar qarşısında dəyər itirməsinə gətirib çıxaracaq. Qərar həmçinin dünya bazarında qiymətlərin də bir qədər bahalaşmasına səbəb olacaq. Valyutası üzən məzənnə ilə tənzimlənən ölkələrdə yerli valyutalar dollar qarşılığında dəyər itirəcək”.

Ekspert qeyd edir ki, manat isə bütün hallarda öz mövqeyini qoruyub saxlayacaq:

“FED-in son qərarının Azərbaycan manatına heç bir təsiri olmayacaq. Manatın məzənnəsi dövlət tərəfindən tənzimləndiyindən yaranmış situasiyada ölkəmizdə milli valyutanın dəyər itirməsini müşahidə etməyəcəyik. Bu özünü yalnız Dövlət Neft Fondunun manatın məzənnəsini saxlamaq üçün hərraca daha çox dollar çıxarmasında göstərəcək”.

Onun fikrincə, FED-in qərarı ölkəmizdə ancaq manatın effektiv məzənnəsinə təsir edəcək:

“Oktyabrda hərraca 463 milyon dollar çıxarıldığı halda, bu ay daha çox, məsələn 500 milyon dollar çıxarmalı olacağıq. Bu da o deməkdir ki, FED-in sözügedən qərarı fonunda Azərbaycan Neft Fondunun xərcləri artacaq. Bu da ehtiyatlara təsir edilməsi deməkdir”.

A. Nəsirli mövcud vəziyyətdə idxal inflyasiyanın bir qədər də artacağı qənaətindədir:

“Azərbaycana xaricdən çoxlu miqdarda gündəlik tələbat malları gətirilir. FED-in həmin qərarı fonunda ölkəmizə gətirilən idxal mallarında müəyyən bahalaşma ola bilər”.



Xəbərin oxunma sayı : 958




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap