Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Dayanacaq boşdur deyə saxlamışam” – Paytaxt yollarında yalnız özünü düşünən sürücülər – VİDEO

Tarix 19.10.18, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Günün istənilən vaxtında başqalarını nəzərə almayaraq, saymayıb avtomobilini istədiyi yerdə saxlayan sürücülər ictimai nəqliyyatın, hətta piyadaların belə hərəkətinə maneə yaradır.

ARB TV xəbər verir ki, xüsusən axşam, iş saatı bitəndən sonra bu tip sürücülər paytaxtın yollarında əməlli-başlı xaos yaradırlar, bir neçə zolağ zəbt edilir və nəticədə uzun-uzadı tıxaclar yaranır.

Maşınlarını nizamsız və qanunsuz parklayan taksi sürücülərinin avtobus dayanacağında müştəri axtarışı ictimai nəqliyyatın hərəkətinə böyük maneələr yaradır. Qanunla maşını avtobus dayanacaqlarından 15 m kənarda saxlamaq olar.

Minim maşınının sürücü: “Dayanacaq boşdur deyə saxlamışam”.

Avtobus sürücüsü: “Bu tıxac intervala çox böyük təsir edir. Pik saatlarda 20-30 dəqiqə gecikirik”.

Günün pik saatlarında nəqliyyatın axınının çox olduğu ərazilərdə xaotik vəziyyətin aradan qaldırılması üçün işlər görülsə də, bu hələ də nəticəsiz qalır.

Polis: “Vətəndaşlar çıxır yolda gözləyir avtobusu. Nə qədər deyirik arxaya çəkilsinlər, çəkilmirlər”.

Yol polisinin məlumatına görə, yaranan acınacaqlı vəziyyət Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov, Bəxtiyar Vahabzadə, Abbas Mirzə Şərifzadə və Qutqaşınlı küçələri, eləcə də Qara Qarayev prospektində müşahidə olunur. Bu da yollarda hərəkətin sürətinin saatda 20 km qədər azalmasına səbəb olur.






Xəbərin oxunma sayı : 91




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap