Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Cinçıxarma”da iştirak edənlərin etiraflar: “40 dəfə çubuqla vurub müalicə edirdi...“ - VİDEO

Tarix 12.11.18, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


25 yaşlı Bakı şəhər sakini Murad Soltanovun Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

ARB TV xəbər verir ki, Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılıb. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə Murad Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub.

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə "seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib.

Fizuli Qəribov- saxlanılan şəxs: "Soltanov Muradı xalq təabəti üsulu ilə müalicə etmişəm. İki dəfə müalicə olunub. Mərhum ikinci müalicəyə dözməyib dünyasını dəyişdi”.

Aprel Xəlilov – saxlanılan şəxs: "Uzanmışdı, halı yaxşı idi. Sonra pisləşdi, çölə çıxartdıq. O ərəfələrdə evə getmişdim. Gəldim gördüm ki, çöldədi. Atasını çağırdılar, gəlib maşınla evə apardı. Zəng vurub halını soruşduq, dedi ki, halı yaxşı deyil. Bizdə onun yanına getdik. Müalicə əsnasında çubuqlarla vurulmuşdu. Ancaq bilmirik ki, iç orqanlarında partlama olub, ya yox. 40 dəqiqə müalicə edilib”.

Vüsal İbrahimov – saxlanılan şəxs: Müalicə prosesi mənim evimdə aparılıb. 2 dəfə müalicə olunub. Başqa xəstələrə müalicə edilməyib. Evdə adam yox idi. Qardaş xahiş etdi ki, biraz oxuyaq”.

Elşən Əliyev – ŞRP- nin baş müstəntiqi: "Şabran Rayon Polis Şöbəsi və rayon prokurorluq əməkdaşlarının birgə apardığı əməliyyatdar nəticəsində 10 noyabr 2018-ci il tarixində Bakı şəhər sakini Murad Soltanovun xalq təabəti adı ilə müalicəsi zamanı. Ona ağır dərəcəli xəsarət yetirililməsi ilə onun ölümünə səbəb olmuş altı nəfər Şabran şəhər sakinləri saxlanılaraq Şabran şəhər polisinə təqdim ediliblər.”

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, aradırmalar davam etdirilir.






Xəbərin oxunma sayı : 121




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap