Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Cümhuriyyət liderlərinin nəşi vətənə gətirilsin və…” – Rəşad Məciddən təklif

Tarix 19.01.18, 4:15

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb, 2018-ci ili isə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bununla bağlı bütün dövlət müəssisələri, ictimai təşkilatlar silsilə tədbirlər həyata keçirir, Cümhuriyyətimizin 100 illiyinə öz töhfələrini verməyə çalışırlar”. 

Bu sözləri “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib.

Baş redaktor bildirib ki, “525-ci qəzet” uzun illərdən bəri həm Cümhuriyyət dövrü materiallarını dərc edib, həm də yeni araşdırma yazıları, tədqiqat işlərini işıqlandırıb: “Cümhuriyyət dövrü ilə bağlı görkəmli tədqiqatçı, professor Şirməmməd Hüseynov, professor Vilayət Quliyev və başqalarının silsilə yazıları ilk dəfə məhz “525-ci qəzet”də işıq üzü görüb”.

R.Məcid Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar paytaxt Bakının mərkəzində yerləşən “Sahil” bağının “Cümhuriyyət” bağı adlandırılmasını təklif edib: “Vaxtilə həmin bağda basdırılan 26 Bakı komissarının Azərbaycan xalqının yaddaşından silinməsi, “Sahil” bağının yeni məna kəsb etməsi üçün oranın “Cümhuriyyət” bağı adlandırılması daha məqbul olardı. Zənnimcə, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin nəşinin vətənə gətirilərək həmin bağda dəfn edilməsi, xatirə abidəsinin ucaldılması Cümhuriyyətin 100 illiyinə Azərbaycan dövləti və xalqının ən anlamlı, ən layiqli hədiyyəsi sayıla bilər”.

525.az



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap