Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bravo“ 65 milyon manat zərər edib – Təfərrüat

Tarix 02.07.22, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Bravo”nun sahibi - “Azərbaycan Supermarket” MMC ötən il 65 milyon manat zərər edib.

Yeniavaz.com xəbər verir ki, “Bravo”nun mənfəəti 2021-ci ildə 107 milyon 868 milyon manat olub.Lakin, ötən il xərcləri mənfəətindən daha çox olduğu üçün yekunda ili zərərlə başa vurub.  

Məlumat üçün bildirək ki, 2020-ci ildə “Bravo”nun zərəri daha az – 46 milyon 929 min manat olub.  “Bravo” son bir ildə zərərlə işləsə də aktivlərini (daşınmaz əmlak, avadanlıqlar və s.) 533 milyon manata çatdırıb.

Qeyd edək ki, “Bravo” supermarketlərinin sahibi olan "Azərbaycan Supermarket" MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 2 min manat təşkil edir. 

"Azərbaycan Supermarket" MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmayıb. Vergilər Xidmətinin reyester məlumatlarında da bu şirkət barədə məlumatlar ictimaiyyət üçün açıq deyil. Yalnız o məlumdur ki, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında "Paşa İnşaat", "Paşa Technology", "Paşa Sığorta" kimi şirkətlər də qeydiyyatdadır. 

Onu da bildirək ki, ötən il "Azərbaycan Supermarket" MMC-nin direktoru Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin olunub. 



Xəbərin oxunma sayı : 1420




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap