|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
İbrahim xanın qatilinin sonu necə oldu? - Tarix
Tarix 11.12.17, 14:31 |
|
Gəncə uğrunda gedən savaşda Cavad xanı sərrast atəşlə öldürən Lisaneviçin qaniçənliyi haqda istənilən qədər fakt var. Bəs sonradan Qarabağ xanı İbrahim xanı və onun ailəsinin qatili olmuş bu serbəsilli rus zabitinin son aqibəti necə oldu?
Kult.az türkoloq alim, professor Minəxanım Təkləlinin “Mən aşiqəm Qarabağ...” silsiləsindən olan “İbrahim xanın qatilinin son aqibəti” yazısını ixtisarla təqdim edir.
Baydaqları bürc üstündə qurdular,
Tifil uşaqları həmi qırdılar,
O zaman ki, Cavad xanı vurdular,
Sanasan qırıldı beli Gəncənin!
...Rus qoşunları Gəncəni işğal edib Qarabağ üzərinə yeriyəndə Dmitri Lisaneviç (1773-1825) mayor rütbəsində idi. Lisaneviç serbəsilli ruslardandır. Serblər rus ordusunda gözəçarpacaq saya və mövqeyə malik idilər. Vətən, din təəssübünü çəkməkdə heç nə ilə ruslardan geri qalmazdılar. Vaxtilə imperatiriçə Yekaterinanın sevgililərindən biri olan Zoriçə görə (qeyri-adi gözəlliyi ilə bir sırada qılıncoynatma, sərrast atıcılığı və cıdır hünərlərilə seçilsə də, ağlında və davranışında bu gözəllikdən əsər-əlamət yox idi. Odur ki, o ağıllı Yekaterinanın gözündən çox tez düşmüşdü) mühüm mövqelərdə bulunurdular. Həqiqətdə isə əsl səbəb xristian təəssübkeşi Yekaterinanın türklərə qarşı onları alət olaraq işlətməsində idi. Odur ki, serblərin həssas nöqtələrinin qıdıqlanması I Pyotrun əli ilə başlasa da, əslində Yekaterinanı Rus-Türk müharibələrində istifadə etmək üçün serblərdən xüsusi alaylar təşkil etməyin ilk təşəbbüsçüsü saymaq olar.
General Pavel Sisiyanovun “dəli” Lisaneviçə böyük etimadı var idi. Sisiyanov maraqlı olduğu Gəncə üzərinə hücumda ona bərk güvənirdi. Və gümanında yanılmadı; Cavad xanı qala bürcündən (deyilənlərə görə, Gəncənin ikiqatlı qala divarlarındakı qüllələrdən biri olan bu bürc Hacı Qala adı daşıyırdı) sərrast güllə atəşi ilə o vurub salmışdı. Tarixi sənədlər də bunu təsdiq edir; Cavad xanın ölümünün Lisaneviçin əli ilə olduğu göstərilir: Cavad xan ortancıl oğlu Hüseynqulu ağa ilə birlikdə ümumi hücumda qala divarları üzərində mayor Lisaneviç tərəfindən öldürüldü (Bax: AKAK, ll c, sənəd 1189) deyə göstərilir.
“Tarixi-Safi”nin müəllifi əslən erməni olan Mirzə Yusif Qarabaği gizlətmək istəmədiyini sevinclə xəbər verir: “Şiddətli vuruşma əsnasında rus zabitlərindən biri olan mayor Lisaneviçin gülləsi Cavad xanı həyat divarından (yəni ömrünü kəsdi-müəl.) kəlləmayallaq(?) yerə endirdi”. (“Qarabağlı” Mirzə Yusif əslən Cənubi Azərbaycanın Əhər şəhərindəndir. İranda müsəlmanlığı qəbul edərək oradan Mirzə Yusif adı altında böyük iddialarla – artıq Rus idarəsinə keçən “vətənə” –Qarabağa dönür).
İndi Mirzə Yusifə çevrilən erməni müəllifimiz yarısərxoş, yarımanyak bir həzz ilə “beləliklə, rus ordusu hər tərəfdən qalaya daxil olub onların “orucluq bayramını qurban bayramına çevirdilər” və “işıqlı günlərini zülmətə döndərdilər; sərdar camaatı qırmağa əmr verdi...” deyə qanlı istilanı nəşəli - obrazlı tərzdə müjdələməkdədir.
Ədəbiyyatımızın mücahidi Salman Mümtaz da bu barədə göynəkli bir dillə yazırdı: Sisiyanov... Gəncə torpağını məzlumların qızıl qanları ilə suvardı; Ramazanın 30-cu gecəsi Gəncə qalasını alıb, ertəsi günü qətliam etdirdi. Bu müxtəsər bəhs etdiyim hadisə haqqında o vaxtın bədbəxt şairləri həzin-həzin mərsiyələr söyləmişlər. Mərhum Mirzə Camal tarixinə düşməyən bu tarixi şeirlər Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sinə düşmədiyi kimi Hacı Abbasqulu ağa Qüdsinin də “Gülüstani İrəm”inə daxil edilməyib.
Cavad xandan oldu mələklər razı,
Pozulmaz qəzadan yazılan yazı.
Xəbərdar olmadı cəngavər, qazı,
Al-qana boyandı çölü Gəncənin.
Hadisələrin gedişini “Qarabağnamə”lər üzrə izlədikcə yenə “Tarixi-Safi” müəllifinin yazdığına görə, mayor Lisaneviçi həmin ilin bahar fəslində İrəvanın mühasirəsində görürük...
...İbrahim xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk görüşü müxtəlif müəlliflərdə eyni cür təsvir olunub: “1805-ci ilin mayında Kürəkçay sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel Sisiyanov mayor Lisaneviçi 500 soldatla Qarabağa göndərir”(Mirzə Yusif Qarabaği. “Tarixİ-Safi”); Sərdar Sisiyanov mayor Lisaneviçi beş yüz yeger adlanan dəstə və topxana ilə Qarabağa – İbrahim xanın yanında olmağa təyin elədi (Mirzə Mehdi Xəzani. “Kitabi-Tarixi Qarabağ”) və s.
İbrahim xanı düz bir il sonra ailəsi ilə qətlə yetirən Lisaneviç əslində burada özü xan idi. Vəziyyət isə hər yöndən mürəkkəbləşib, müdhiş hadisələrə yol açmaqda idi... Kürəkçay müqaviləsinin imzalanmasından hirslənib qızışan gənc şahzadə Abbas Mirzə hərbi yürüşə başlayır. Rus qüvvələrinin azlığı və Araz sahillərinə yanaşmaması (müharibələrə “aludə” olan Rusiya bu zaman eyni vaxtda Avstriya, Fransa, Osmanlı dövləti ilə ayrı-ayrılıqda qəsbkar müharibələrini aparırdı) və həmçinin Qızılbaş qoşunu ilə vuruşmağa ruslar tərəfindən məcbur edilən yerli əhalinin ürəksiz vuruşu nəticəsində Şuşada da həyəcan anbaan artmaqda idi. Həm də 1806-cı il fevralın 20-də əli qanlı general Sisiyanovun Bakı qala divarları önündə başının kəsilməsi xalqı bu qəsbkarların Azərbaycandan nəhayət çıxıb gedəcəklərinə inanmağa ruhlandırdı. Vəziyyəti yerli erməni məlikləri, o cümlədən Məlik Şahnəzər də bir yandan körükləyirdi. İbrahim xan əslində onunla qohum idi; Məlik Şahnəzərin qızını almışdı. Lakin o, indi xanın qatı düsməninə çevrilmişdi.
Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində oxuyuruq: “Mərhum Pənah xan və İbrahim xanın mehribanlıq nəzəri, hörmət və mərhəmət gözü həmişə Məlik Cümşüdün üstündə olmuşdu...”
İndi isə belə qeyri-müəyyən vəziyyətdə ermənilərin, xüsusən Məlik Cümşüd Şahnəzərovun məkrli, gizli donosları öz işini görüb qurtarmışdı. Hələ sonra Türkmənçay sülhü ərəfəsində və sonra Rusiyanın İranda səlahiyyətli səfiri Aleksandr Qriboyedovu əhatələyən ermənilərin içində onun tərcüməçisi və kuryeri iki Şahnəzərovu – bu ailənin nümayəndələrini görürük. Daha irəli gedib deməliyik ki, Qarabağın yeni hakimi erməni general Valerian Madatov (əsil adı Rüstəm) Peterburqa köçən və orada məskunlaşan Cümşüd Şahnəzərovun qızı ilə evlənmişdi. Xanın qətlindən sonra çar idarəçiləri onun varisi Mehdiqulu xanın könlünü almağa çalışmış, üstü almazlarla bəzədilmiş qələm də bağışlamaqla sanki onu qələm-möhür sahibi hakim kimi tanımışdısa da, sonralar məhz erməni general Madatov Qarabağın qanuni hakimi Mehdiqulu xanı perikdirib Qarabağdan qovmuşdu. Cümşüd Şahnəzərovun Peterburqda təhsil alan və xidmətə girən oğulları artıq yeni əsrdə – günümüzdə Mixail Qorbaçovun sağında daim “Qarabağ uğrunda” fəaliyyətdə gördüyümüz onun müşaviri, bizimsə müasirimiz həmin Şahnəzərovun ulu babasıdır.
...İbrahim xanın isə belə şəraitdə Şuşadan çıxıb Xan Səngər adı ilə məşhur olan qalada qərar tutması şübhələr doğururdu; artıq onun ruslarla ittifaqa girmədən peşman olması aydın görünürdü. Çoxları da güman edirdi ki, İranda şah sarayında yaşayan oğlu Əbülfəth ağanın (o Fətəli şahın qaynı idi) Qızılbaş qoşunu başında Qarabağa girməsi İbrahim xanın buyruğu ilədir.
Beləliklə İbrahim xanın rus dövlətinə olan sədaqəti – Kürəkçay müqaviləsinin etibarlılığı artıq şübhə altına alınmışdı... Odur ki, bir an belə ləngimədən dəli mayor Lisaneviç 100 soldatla 1806-cı ilin 11 iyun gecəsi qaladan çıxaraq xan düşərgəsinə yaxınlaşır və onu mühasirəyə alır. İbrahim xanı öz əyanları və ailəsi ilə birlikdə öldürür.
Lisaneviç dərhal polkovnik rütbəsinə qaldırılır. Mirzə Adıgözəl bəy 1816-cı ildə Qarabağ hakimi Mehdiqulu xanın yanında işə başlayarkən Lisaneviçin yanında podporuçik rütbəsində tərcüməçi işləyib. Ehtiyatla olsa da, bu qətilin aradakı çuğulların fitnəsi ilə baş verdiyini göstərir. Canyanğısı və təəssübünə görə yenə sağ olsun... Bu zaman erməni fəallığı açıq-aşkar hiss olunduğu şəraitdə çuğulların kimliyi də o zaman da, indi də aydın olur,
...Qafqaz od içində yanır. Lisaneviçin 1809-cu ildə türk qalası Axalkalakdan səsi gəlir, qızıl qılınc və almasa tutulmuş, hədiyyələrlə mükafatlandırılmış generaldır. Xalq içində isə qorxunc xatirələrlə “dəli mayor” kimi anılır. Harada qızğın döyüş var, orada bu hərbçidən çox qatilə bənzər generalı görmək olar. Quba üsyanı qalxanda bu dəli general 1810-cu ilin oktyabrında hücum edib Qubanı işğal edir. Ağuşadan da Qubanın əsl hakimini - Şeyx Əli xanı (O Fətəli xanın oğludur) o qovub çıxarmış, bütün idarəni rus hərbi komendantlığına vermişdi.
Ümumiyyətlə, istilaçı generallara Azərbaycanda ayama qoşmaqla sürpriz hazırlayırdılar. Puşkinin “Qafqazın qənimi” adlandırdığı Kotlyarevski “ağzıpara”, general Mixail Nikolayeviç Yevdokimov “üçgöz” (Qafqaz cəbhələrindəki döyüşlərdə alnından aldığı dərin yaraya görə o belə adlandırılırdı); Tarxan-Mouravov “yarımsaqqal”, daha əvvəllər Azərbaycana girən Valerian Zubov isə protez ayaq geydiyinə görə “qızılayaq” ləqəblərini qazanmışdılar.
...1824-cü ildən Lisaneviçin fəaliyyət meydanı Şimali Qafqaza keçir. O, 1825-ci il iyulun 16-da Qumuqlu knyaz, dağların şərəfli oğlu Musa Xasıyev tərəfindən döyüşdə öldürülür. Babaları Qafqaz canişini general Yermolovun şəxsi tərcüməçi Mirzə Yenikolopov və İran şahının baş müşaviri erməni Mötəmüddövlə Mənuçöhr xan olan yazıçı İvan Yenikolopov isə başqa cür göstərir: Lisaneviç və qaniçənlikdə ondan geri qalmayan general Nikolay Qrekovun əslində şair Lermontovun Hacı Abrek surətinin proobrazı olan çeçen mücahidi Bey Bulat Taymazov tərəfindən Terek çayı boyundakı döyüşdə öldürüldüyünü yazır. Nəhayət, intiqam alınır...
Bu illərdə Qafqazda və İranda bütün siyasi hadisələrin həlledici nöqtələrində görünən səfir Aleksandr Qriboyedov 7 dekabr 1825-ci il tarixdə qohumu və dostu Stepan Begiçevə həmin yerlərdən yazdığı məktubda xəsisliklə də olsa, amma az qala bir “roman” təfərrüatı saxlayacaq bir cümlə ilə “Lisaneviç xrabreyşey çelovek, no oprometçiv, umer qeroyski, jil bez tolku”(Lisaneviç igid, lakin ləkəli adam idi; qəhrəmancasına öldü, amma mənasız yaşadı) – deyə xəbər verir.
Bu müəmma bir həyatın, müəmmalı bir şəxsiyyətin əsl qiymətidir! Şər və fitnənin eyni fitnəkar dəyəridir.
Xəbərin oxunma sayı : 838
Maraqlı
Xəbərlər
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
TOP 10
ARXİV