Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Blinkenin bu ifadəsi işləri korlayır...“ - “Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaradacaq“

Tarix 26.08.22, 21:38

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, ABŞ Minsk Qrupuna yeni həmsədr təyin edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də bildirib.

“Mən səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdim. Səfir Rikerin təyinatı Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyir”,- deyə Blinken qeyd edib.

Sözügedən təyinatla bağlı politoloq Elxan Şahinoğlu açıqlama yayıb.
Ekspert qeyd edib ki, Rikerin səlahiyyətinin birinci hisssəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır: "Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Minsk Qrupunun “xidmətlərindən” imtina edib, Ukraynada apardığı işğalçı müharibə fonunda üzləşdiyi sanksiyalar səbəbindən Kreml də ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib, hətta ermənilərə simptasiya olan Paris mövcud şərtlər altında Minsk Qrupunun əhəmiyyətsiz olduğunu anlayıb, bircə üçüncü “həmsədr - Vaşinqton tutduğunu buraxmır.

ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin edib. Rikerin səlahiyyətinin birinci hisssəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır. Yoxdur da bu qrup, bu bir tək bizim istəyimizlə bağlı deyil, Rusiya ABŞ-la bir masada oturmaq istəmir".

Elxan Şahinoğlu daha sonra amerikalı diplomat ilə dialoqundan danışıb: "Bu yaxınlarda görüşdüyüm amerikalı diplomata “Vaşinqton nədən Minsk qrupundan imtina etmir?” sualını verdim və ona izah etməyə çalışdım ki, bu israrçılıq həm Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yarada bilər, həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar ki, bu Vaşinqtonun maraqlarına uyğun olmamalıdır. Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml “Minsk qrupuna yox” dediyinə görə Vaşinqton bunun tərsini “Minsk qrupu davam etməlidir” demək məcburiyyətində qalıb. Yenə də izah etməyə çalışdım ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil, bunun üçün Minsk qrupu xaricində kifayət qədər alət var, onlardan istifadə etmək lazımdır".



Xəbərin oxunma sayı : 667




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap