Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Biz sizdən üstünük“ - Şəbnəmdən Səidəyə CAVAB

Tarix 22.06.22, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Səidə Sultanın estrada musiqisinin bugünki vəziyyətini tənqid etməsinə Şəbnəm Tovuzludan cavab gəlib.

Axşam.az xəbər verir ki, Səidə hazırda yutubda milyon baxış toplayan mahnıların Azərbaycan musiqisi üçün utanc olduğunu söyləyib:

"Azərbaycan musiqisi zay günündədir. Sizə elə asan gəlir. Amma musiqi pis gündədir. Mənim yaşıdlarım olan müğənnilər gözəl müğənnidir. Gözləyirdim ki, bizdən sonra gələnlər xaricə çıxıb, Avropada özlərini tanıdacaqlar. Çünki inkişaf elə gedirdi. Əksinə 30 il geriyə getdi. Amma indi gələnlər "rakka-çıkka" oxuyur. Pis günə qoyur musiqini, bədbəxt gündədir. Xaricdən gələn qonaq qulaq asır, utanıram. Milyon baxış vermək bomba deməkdi?".

Onun dediklərinə Şəbnəm "Tarixin bir günü" proqramında reaksiya verib. İfaçı çıxışı zamanı Səidənin "bayağı ifaçı" adlandırdığı sənətçilərin daha üstün olduğunu vurğulayıb:

"Səidə dostumdur, amma bizi alçaltmaq və kateqoriyaya bölmək düzgün deyil. Biz əminliklə deyə bilərik ki, istəsək onların da janrında oxuyarıq. Bu gün mahnı janrında, kütlə sevgisində, efirin tələbatında, kütlə sevgisində bir yerdə duraq, görək kim yüksəkdir? Bəli, bu yerdə biz üstünük. Əgər mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir. Bizi mahnılarımızla alçatmaq heç kimin haqqı deyil".








Xəbərin oxunma sayı : 1294




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap