Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Biz hamısını qaytarmaq istəyirik, Rusiya heç nəyi geri vermək istəmir“ - Zelenski

Tarix 21.05.22, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


“Mən ilk gündən müharibədə qələbə qazanacağımıza əmin idim”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski andiçməsinin 3-cü illiyi ilə bağlı xanımı Yelena Zelenskaya ilə birgə müsahibəsində bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, qələbə çətin olacaq və çox qan töküləcək. O, tərəflərin tələblərindən bəhs edərək deyib:

“Biz hamısını qaytarmaq istəyirik, Rusiya isə heç nəyi geri vermək istəmir. Müharibənin sonu diplomatik olacaq”.

Volodimir Zelenski qeyd edib ki, ukraynalılara hörmətinin dəyişməməsindən daha çox qürur duyur:

“Mən insanlarımıza inanmışam. Bu müharibə başlıcası bütün dünyaya sübut etdi ki, bizim belə insanlarımız var”.

Müsahibədə iştirak edən Yelena Zelenskaya həyat yoldaşı (Prezident) ilə müharibə başlayandan iki ay yarım müddətində görüşmədiklərini vurğulayıb:

“Rusiyanın irimiqyaslı hərbi əməliyyatı başlayandan sonra biz bir neçə ay yalnız telefonla əlaqə saxlamışıq”.



Xəbərin oxunma sayı : 835




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap