Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bir məqsədim vardı, yüksək vəzifəlilərlə yaxınlıq etmək...”

Tarix 19.10.17, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirləndirilən iki qadının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Virtualaz.org xəbər verir ki, bunlar Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 26 saylı uşaq poliklinikasının həkimi, 51 yaşlı Samirə Mansurova və Təhsil Nazirliyinin keçmiş əməkdaşı, 36 yaşlı Aytəkin Bağırovadır.
Onlar Azərbaycanda son illər dələduzların geniş tətbiq etdiyi sxem üzrə hərəkət ediblər. Özlərini dövlət struktularında, müxtəlif nazirliklərdə mühüm vəzifələrdə “yaxın adamları işləyən şəxslər” kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul alıblar, onların övladlarını “işə düzəldəcəklərini” vəd ediblər. Lakin heç kimi işə düzəltməyiblər, əksinə, pullarını mənimsəyərək onları əməlli işə salıblar. Axırda özləri də hüquq-mühafizə orqanlarının qarmağına keçiblər.

Qadın “ostap bender”lərin başı pis işləmirmiş...
Qeyd edək ki, geniş yayılmış dələduzluq əməllərinin bu sxemindən adətən kişi dələduzlar istifadə edir. İndiki halda isə məsələnin unikal tərəfi budur ki, bizim “ostap bender”lərdən hər iki incə məxluqdir, hərçənd cinayət işinin materiallarına əsasən onların dələduzluq işlərində başı kişi həmkarlarından heç də pis işləməyib.

Samirə Mansurovanın və Aytəkin Bağırovanın əməllərindən zərərçəkən kimi iş üzrə cəmi 7 nəfərin adı keçir. Zərərçəkmişlərə - Yelena Quliyeva, Eldəniz Fərzəliyev, Məzaim Həsənov, Həqiqət Qasımova, Pərizat Nəsibova, Aynur Ağayeva və Tamella Əliyevaya ümumilikdə 74 min manat zərər dəyib. 

Bu əməllərə görə prokuror qadınların hərəsinə 9 il həbs cəzası tələb edib. Təqsirləndirilən S.Mansurova hazırda həbsdədir, A.Bağırovanın isə himayəsində azyaşlı uşaq olduğundan onun barəsində həbs qətimkan tədbiri seçilməyib



S.Mansurova istintaqa ifadəsindən məlum olur ki, Aytəkin Bağırova onunla  iki uşağını  peyvənd etdirmək üçün Şağan  poliklinikasına gətirdiyi vaxt tanış olub. A.Bağırova  söhbət əsnasında deyib ki,  bütün qohumları, o cümlədən əmisi oğlu yaxşı vəzifələrdə işləyir və özü də adamları işə düzəltməklə məşğul olur.

“Deyirdi ki, hər yerdə qohumum var...”
“Deyirdi ki, “Bandotdel”dən və Heydər Əliyev Fondundan başqa bütün qalan dövlət strukturlarına adamları işə düzəldə bilər”-S.Mansurova ifadəsində deyib.

A.Bağırova uşaq həkimini inandırmaq üçün dövlət strukturlarında “işləyən” qohumlarının adlarını çəkib, habelə Səhiyyə Nazirliyində “işləyən qohumu” vasitəsilə həkimi xaricə kursa göndərə biləcəyini deyərək onu daha da şirnikləndirib. Belə məlum olur ki, A.Bağırova uşaq həkiminə hətta Müdafiə Nazirliyi və “Bakı Metropoliteni” kimi strukturlarda da “qohumları işlədiyinə” əmin edib.

Və beləcə uşaq həkiminə sərfəli təklif edib, ona bildirib ki, işə düzəlmək istəyən adamlar tapıb pullarını alsın, beləcə birlikdə işləyib qazansınlar.

Şağan poliklinikasının həkimi də Bağırovanın əsl “işədüzəltmə bürosu” olduğuna inanıb və ilk müştərini tapıb. Yelena Quliyeva adlı qadından oğlunu Prezident Administrasiyasına işə düzəltmək üçün 12 min manat alıb. Daha sonra Həqiqət Qasımovadan kürəkənini SOCAR-a düzəltmək üçün 10 min manat, Aynur Ağayevanın qızını Slavyan Universitetinı düzəltmək üçün 20 min manat, Məzaim Həsənovun hərbi biletini “hərbi xidmətə yararlı etmək” üçün 13 min manat, Pərizat Nəsibovanın oğlunu Daxili İşlər Nazirliyinə düzəltmək üçün 10 min manat pul alaraq hamısını Aytəkinə verdiyini göstərib. Amma adıçəkilən şəxslərin heç birinin işi düzəlməyib.

Aytəkinin dərsliklərə salınası fərasəti
Təqsirləndirilən Aytəkin Bağırova isə  ifadəsində 2007-2010-cu illər ərzində Təhsil Nazirliyində “dərslik-nəşriyyat” şöbəsində işlədiyini göstərib. Məlum olur ki, qadınlar  tora saldıqları şəxsləri aldatdıqdan sonra “ümumi ssenari” ilə zəng vurub onarı  “arxayın” salıblar.

”Samirə Təhsil Nazirliyində işlədiyimi bilirdi. Görüşlərin birində Bakı Tibb Texnikumuna tələbə düzəltmək lazım olduğunu dedi. Maraqlanıb xəbər edəcəyimi söylədim. Bu işi görmək üçün 1250 manat pul və qızın sənədlərini verdi. Maraqlananda məlum oldu ki, bu iş ancaq Tələbə Qəbulu Dövlət Komissiyası xətti ilə həyata keçirilir. Həmin pul bir ilə yaxın məndə qaldı. Sonradan şikayət olunduğuna görə pulu qaytardım. Məlum oldu ki, bu iş üçün Samirəyə 4500 manat verilibmiş”-o, keçmiş ortağını istintaqda beləcə ələ verir.



Yaxud Bağırovanın ifadəsindən məlum olur ki, Dağıstan Universitetini bitirmiş Murad Həsənovun diplomunun Azərbaycanda tanınması ilə bağlı məsələni həll etmək üçün Samirə ona 1500 manat vermişdi.

“Sonradan öyrəndim ki, onlardan da 13 min manat alıb. Samirə dedi ki, Aleksandr Quliyevə Prezident Administrasiyasında işlə maraqlan, pul verəcək. Maraqlandım, heç bir nəticəsi olmadı. Samirənin ondan nə qədər pul aldığını bilmirəm. Onun təklifi ilə Aleksandra zəng vurub başqa adla danışdım, onun işi ilə məşğul olduğumu dedim.  Samirəyə deyəndə ki, iş alınmır, pulları qaytarım, deyirdi ki, zəng vur danış, işlərinin alınmadığını demə. Mən də zəng vurub “bu işlə məşğulam, yaxın vaxtlarda işiniz düzələcək” deyib onları arxayınlaşdırırdım. Samirə mənə cəmi 13 min manat pul verib”-Aytəkin Bağırova belə deyir.

Zərərçəkənlərdən biri, kürəkəni Səid Rəhimovu Dövlət Neft Şirkətinə işə düzəltmək üçün 10 min manatından keçən Həqiqət Qasımova isə deyir ki, Samirə hər dəfə onu müxtəlif bəhanələrlə arxayın salırdı. 

Zərərçəkənin ifadəsindən: “Gah deyirdi iş Avropa Oyunlarından sonra həll olunacaq, gah deyirdi hamı yay tətilinə gedib. 2015-ci ilin sentyabr ayında Səidin mobil telefonuna Mehriban adlı qadın zəng vurub, Dövlət Neft Şirkətində kadrlar şöbəsində işlədiyini, yaxın vaxtlarda Səidi rəhbərliyin qəbul edəcəyini dedi. Amma gözlədik, Səidi işə çağıran olmadı. Samirədən pulu geri tələb edəndə Aytəkin adlı bir qadına verdiyini bildirdi”.

Belə məlum olur ki, “SOCAR-dan zəng edən Mehriban” əslində Samirənin ortağı Aytəkin özü imiş.

“Mehriban” bu dəfə “DİN-dən” zəng vurur və...
Ən maraqlı epizodlardan biri də Pərizat Nəsibova adlı zərərçəkənin oğlunun Balakən Rayon Polis Şöbəsinə işə “bərpa” olunmasıdır. Belə ki, oğlu İmran Nəsibovun yenidən işinə bərpa olunmasına çalışan P.Nəsibova Samirə Mansurovaya 10 min manat verdiyini deyir. S.Mansurova isə ona “Daxili İşlər Nazirliyindəki tanışının” vasitəsilə bu işi düzüb-qoşacağına söz verib.

Bir müddət sonra İmranın əmrinin artıq Balakən RPŞ-də olduğunu Nəsibovaya zəng vurub deyiblər. Zəng vuran şəxs özünü “DİN əməkdaşı Mehriban xanım” kimi təqdim edib.

Ailə təcili Balakənə yollanıb. Ancaq  məlum olub ki, İmran Nəsibov haqda heç bir əmr yoxdur. P.Nəsibova tələsik “DİN əməkdaşı Mehriban xanımla” əlaqə saxlayıb. Ancaq dəstəyi azyaşlı uşaq götürüb.



Zərərçəkənin ifadəsindən: ”Ona iş vaxtı zəng vurmuşdum. Telefonda uşaq səsi gələndə şübhələndim. Görüşməyi tələb etdim. İlk dəfə “Mehribanla” Mərdəkanda görüşdüm. Onun xarici görünüşü, özünü aparması məndə şübhə yaratdı. Əmin oldum ki, nazirlik işçisi deyil. “Mehribana” yalan danışdığındığını dedikdə o, DİN-də deyil, Müdafiə Nazirliyində işlədiyini söylədi. Dedi ki, DİN-də də iş həll edə bilir. Sonradan məlum oldu ki, “Mehriban” heç bir nazirlikdə işləmir, mənimlə görüşən isə əslində Aytəkin Bağırova imiş...”

“Ümumiyyətlə, mənim bir məqsədim var idi...”
Oktyabrın 17-də keçirilən sonuncu məhkəmə iclası zamanı özünün dediyi kimi “beş dil bilən” Samirə Bağırova törətdiyi əməllərinə görə günahın çoxunu Aytəkin Bağırovanın üstünə atmağa çalışıb: “Məni inandırdı ki, atası, əmisi oğlu, başqa qohumları yaxşı vəzifələrdə işləyir, adamları işə düzəldə bilir. Deyirdi ki, məni də Avropa ölkələrinin birinə praktika keçməyə göndərə bilər, qayıdandan sonra da Diaqnostika Mərkəzində işə düzəldəcəklər. Mənim həmişə xaricdə kurslara və praktikaya böyük marağım var idi. Ümumiyyətlə, mənim bir məqsədim var idi – vəzifəli şəxslərlə münasibət yaradıb, sadiqliyimi nümayiş etdirmək, etibar qazanmaq və öz karyeramı qurmaq”.

Mansurova deyir ki, istintaqda üzləşmə zamanı A.Bağırova bu işləri gördüyü bir neçə nəfərin adını çəkib. Amma müstəntiq onlarla bağlı araşdırma aparmayıb: “Müstəntiq mənim də bu işdə qurban olduğumu yaxşı bilirdi. Amma Aytəkinin qohumlarının vəzifədə olmasından çəkinib, bu işi obyektiv araşdırmadı”.

Məhkəmədə hakim Mirzə Xankişiyev Aytəkin Bağırovaya son sözünü deməyi təklif edib. Amma o, məhkəmədən vaxt istəyib:“Zərərçəkmişlərin pulunu qaytaracağam, mənə vaxt verin”. 

Hakim ona oktyabrın 24-nə qədər vaxt verib. Eyni zamanda, məhkəməyə azyaşlıuşağını gətirməsini də ona irad tutub: “Bir də məhkəməyə körpə uşağı gətirmə!” 

A.Bağırova hakimə belə cavab verib: “Elə bildim ki, bu gün hökm oxunacaq, həbsxanaya aparılacağam. Ona görə uşağımı da gətirdim ki, özümlə aparım...”




Xəbərin oxunma sayı : 280




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap