Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Barəmdə rüsvayedici, əxlaqsız yazılar yazmışdı”- zərərçəkənlər Habil Vəliyevdən pullarını alıb

Tarix 18.01.18, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılır.

Məhkəmədə zərərçəkmişlərdən Rasim Bağırov ifadə verib.

O, istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib və video- görüntülərlə şantaj edilərək 7300 manat pulunun alındığını deyib.

R.Bağırov pulları hissə-hissə Habil Vəliyevə verdiyinu, 3 dəfə özü ilə görüşdüyünü söyləyib.

O qeyd edib ki, dəymiş zərər ödənilib və heç bir şikayəti yoxdur.

Digər zərərçəkmiş Fuad Məmmədov da ifadəsində bildirib ki, Habil Vəliyev onun barəsində qəzetdə yazıb və şantaj edib.

“Barəmdə rüsvayedici, əxlaqsız yazılar yazmışdı. 2 min manat pulu Surxay Əliyevə verdim ki, Habilə çatdırsın”- deyən zərərçəkmiş Habil Vəliyevlə barışıq əldə etdiyi bildirib.

Zərərçəkmişlərdən Xəyyam Həsənov da ifadə verib və o da şikayətçi olmadığını söyləyib.

O, qeyd edib ki, sahibi olduğu obyektlərlə bağlı Habil Vəliyev tərəfindən qəzetdə yazılar yazılıb.

X.Həsənov bu yazıların qarşısını almaq üçün H.Vəliyevə başqa bir şəxs vasitəsi ilə 2 min manat göndərib.

“Habil Vəliyevin üzünü görməmişəm, nə də danışmamışam. Pulu göndərəndən sonra, yazılar dayandı. İstintaq dövründə Habil Vəliyevin bacısı oğlu dəymiş zərəri ödəyib. Heç bir şikayətim, tələbim yoxdur. Barışıq əldə etmişik. Allah qapısını açsın”- deyə zərərçəkmiş söyləyib.

Prosesdə Nofel Musayev zərərçəkmiş kimi ifadəsində bildirib ki, otel işlədib. Habil Vəliyev onu şantaj edərək 3 min manat alıb.

“Qəzetində oteli əxlaqsızlıq yuvası kimi təqdim edirdi. Danışdım, yazını çıxarmasını istədim. 3 min manat verdim. Tutulandan sonra pulum ödənildi. Şikayətim və tələbim yoxdur”- deyə zərəçəkmiş əlavə edib.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap