Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bakcell“ daha bir jurnalistə “atdı“: “Cibimə kim girir, necə girir və niyə girir?!“

Tarix 20.04.18, 3:40

Font ölçüsü : - / +
bitmap-img6


"Mən "Bakcell" abunəçisiyəm. Klass XL tarifindən istifadə edirəm. Bunun üçün ayda 10 manat ödəyir, 250 dəqiqə vaxt alıram. Təbii ki, həmin vaxt çatmadığı üçün ayda daha bir neçə dəfə 10 manatlıq ödəniş edir, *210#2#Yes yığaraq paketi akitivləşdirirəm".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Taleh Şahsuvarlı "Feysbuk"dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün 10 manat balansa vəsait yükləyib, lakin bu vəsait həmin an yoxa çıxıb: 

"Lakin aktivləşdirmə kodunu yığanda məlum oldu ki, balansımda yetərli vəsait yoxdur. "Necə yəni yoxdur" deyə dəfələrlə yığdım, amma xeyiri olmadı. 555 vasitəsi ilə Bakcell müştəri xidmətlərinə müraciət etdim. Dedilər ki, bəs, sizin balansdan Naviqator şirkəti xidmət haqqı çıxıb, istəyirsinizsə, nömrəsini verim, əlaqə saxlayın". 

Jurnalist yazır ki, o, bütün "Bakcell" xidmətlərini müştəri xidmətinə gedib bağlatdırıb: "Və demişəm ki, mənim nömrəmdən istifadə elədiyim danışıq və internet paketindən hər hansı qondarma şirkət 1-cə qəpik də çıxsa, cavabdeh siz olacaqsız. Mən, ümumiyyətlə, naviqator-filan da istifadə etməmişəm. Bu aralar hətta maşın da sürmürəm. Beləliklə, mənim cibimə kim girir, necə girir və niyə girir? "Bakcell" bu məsələyə dərhal aydınlıq gətirməlidir, yoxsa Bəxtiyar Hacıyevin Azercell -ə göndərdiyi hədiyyə xeyli prestijli olacaq!!!".

Məsələ ilə bağlı "Bakcell"in də mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap