Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bakcell“ abunəçilərinin vəsaiti oğurlanır – Şikayət

Tarix 18.07.18, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın mobil rabitə bazarında fəaliyyət göstərən və mobil telefon istifadəçilərinə əlavə xidmətlər təklif edən "Navigator Mobil Sevices", "SimToday" və TMG provayderləri abunəçilərin hüquqlarını pozur, onların "cibinə girir".

AzFakt.com saytı Report-a istinadən xəbər verir ki, bu barədə "Bakcell" MMC-nin abunəçiləri məlumat verib.

Şikayətçilərin sözlərinə görə, adları çəkilən provayderlər onların mobil nömrələrini özlərindən xəbərsiz müxtəlif xidmətlərə qoşur və hesablarından pul tuturlar.

"Hiss etdim ki, nömrəmin balansı tez azalır. Daha sonra "Mənim Bakcellim" tətbiqini yüklədim. Onun sayəsində öyrəndim ki, "Simtoday" və TMG provayderləri hər gün mənim hesabımdan 0,59 manat çıxır. Halbuki mən həmin provayderlərin xidmətlərinə qoşulmamışam və buna razılıq verməmişəm. Bəs nömrəm bu xidmətlərə mənim icazəm olmadan necə qoşula bilər?! Öncə "Bakcell"ə zəng vurdum. Onlar vəziyyətdən çıxış yolu olaraq mənə ismarıc göndərdilər. Həmin ismarıcda sözügedən xidmətləri dayandırmaq üçün əlaqə vasitələri qeyd edilmişdi. Oradakı nömrələrə yığdım, həmin nömrələrdə qadın səsi mənə xidməti dayandırmaq üçün 1 rəqəmini yığmağımı, opetarorla əlaqə saxlamaq üçün isə 2 rəqəmini yığmağı tövsiyə edirdi. 1 rəqəmini basdım və mənə xidmətin dayandırıldığı bildirildi. Daha sonra rahat nəfəs aldım”. 

Abunəçi "SimToday"dan canını qurtardıqdan sonar TMG-nin operataru ilə də əlaqə saxlayıb: “Mənə nömrəmin "qara siyahı"ya salınacağına söz verdilər. Lakin məsələ həll olunmadı, oğurluq davam etdi. Yenidən zəng vurdum və mənə bildirdilər ki, məsələ gün ərzində həll ediləcək, lakin hələ də gözləyirəm", - deyə şikayətçilərdən biri üzləşdiyi hüquq pozuntusu barədə bildirib.

Qeyd edək ki, Azərbaycanda bu kimi hallarla üzləşən abunəçilərin sayı minlərlədir. Provayderlərin qəpik-qəpik oğurladığı pullar tədricən böyük məbləğlərə çevrilir və işbazların cibinə axır.

Report məsələ ilə bağlı provayderlərlə əlaqə saxlamağa çalışsa da, yalnız "SimToday"in operatoru zəngə cavab verərək bildirib ki, abunəçi xidmətə qoşulan zaman ona bunun ödənişli olması barədə ismarıc göndərilir. Üstəlik, qoşulma birbaşa həyata keçirilmir, internet səhifələrindəki hansısa linklərə daxil olarkən baş verir. Baxmayaraq ki, abunəçilər xəbərdarlıq ismarıcı almadıqlarını deyirlər. 

TMG-dən, eləcə də "Navigator Mobile Services"dən isə zəngə cavab verilməyib. 

Mözvu ilə bağlı "Bakcell"dən bildirilib ki, abunəçilər əlavə xidmətlərin deaktiv edilməsi üçün birbaşa onları təqdim edən təchizatçıya müraciət etməlidir: "Xidmətin nömrədə ləğv edilməsi üçün, istifadəçi təchizatçının əlaqə nömrələrinə zəng edə və yaxud müvafiq qısa nömrəyə SMS göndərə bilər. "Bakcell”in "555” Məlumat Mərkəzinə müraciət etməklə xidmət təchizatçısının əlaqə nömrələrini əldə etmək mümkündür".



Xəbərin oxunma sayı : 814




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap