Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Bakı Kollektor Şirkəti məndən nə istəyir?” – Tanınmış jurnalist hədələndiyini bildirir

Tarix 22.02.18, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


“”Bahalı Dollar”ın günahkarı mən deyiləm!”

Tanınmış jurnalist, “Strateq.az” saytının əməkdaşı Xaqani Səfəroğlu kredit borcuna görə “Bakı Kollektor Agentliyi”nin əməkdaşı tərəfindən hədələnir. “AzPolitika”nın məlumatına görə, bu barədə X.Səfəroğlu özü məlumat verib. “3 gündür ki, özünü “Bakı Kollektor Agentliyi”nin əməkdaşı kimi təqdim edən şəxs mənə telefonla zəng edərək israrla ofisə gəlməyimi tələb edir. Onlar devalvasiyadan sonra “UniBank”a yaranmış dollarla bağlı borcun ödənilməsini tələb edirlər” – X.Səfəroğlu “Facebook”da yazır.

Söhbət hansı borcdan gedir? Jurnalist davamında yazır: “Manatın devalvasiya olmasından sonra mənim ödəmələrimdə əlavələr yaranıb. Mən 2015-ci ilin yanvarında 0,78 qəpiklə götürdüyüm krediti köhnə məzənnə ilə ödəmişəm. Dollar bahalaşdıqdan sonra bank mənə əlavə ödənişlərin yarandığını bildirib. Mənə elan edilib ki, artıq ödədiyim 2000 manatdan əlavə yenə 5000 manata qədər pul ödəməliyəm. Mən bunu ödəməyə gücüm çatmadığını demişəm və devalvasiyaya görə heç bir məsuliyyətimin olmadığını elan etmişəm.

Bundan sonra 2016-cı ilin dekabrında məndən xəbərsiz bankın iddiası ilə Lənkəran rayon Məhkəməsi borcun ödənilməsi ilə bağlı qərar çıxarıb. Lakin mən bu barədə yalnız 2017-ci ilin martında xəbər tutumuşam.

Qanuna görə isə, məhkəmə hökmü çıxarıldıqdan sonra 10 gün ərzində tərəflərə təqdim edilməlidir. Çünki bu 10 gün ərzində qərarla bağlı şikayət vermək hüququ var. Odur ki, məhkəmənin bankla belə əlbir şəkildə xəlvəti qərar çıxarması tamamilə qanunaziddir.

İndi, həmin bu Kollektor Agentliyi durmadan məndən pulun qaytarılmasını tələb edir. Mən onlara izah etmişəm ki, bu tələb qanunsuzdur. Çünki bu məsələ yalnız məhkəməyə, mənə və banka aid olan işdir. Agentliyin hökmlü əməkdaşı, “lazımi adamlarla” “Jurnalistlər Binası”na (X.Səfəroğlu bu binada yaşayır-red.) gələcəyini, ev əşyalarını satdıracağını, məni axtarışa verəcəklərini, və s. bu kimi hədələr səsləndirir. Qəribədir ki, qanunla bank sirri hesab olunan müştəri ilə bank nümayəndələri arasında olan yazışmalar, telefon danışıqları, səs yazıları hansısa müəmalı səbəbdən bu Kollektorun əlinə düşüb. Halbuki qanuna görə, bu ancaq məhkəməyə təqdim oluna bilər.

İlk olaraq qeyd edim ki, devalvasiyadan sonra ölkədə 100 minlərlə dollar krediti ilə bağlı problem yaşayan insanlar var. Bu borc bizim üzümüzdən yaranmayıb. Hamı kimi biz də yatıb səhər görmüşük ki, manat ucuzlaşıb. 3 ildir Milli Məclisdə, nufuzlu şəxslərin ayrı-ayrı çağırışlarında dollar krediti ilə bağlı problemin həll olunması ilə bağlı təkliflər verilir və hökumətin bununla bağlı addım atmasını istənilir.

Mənim hazırkı qazancımla ayda 400-500 manat krediti ödəmək imkanım yoxdur. Bankın da mənə hansısa formada problemin həllnə kömək edəcəyi gözlənilmir. Çünki 2016-cı ildə “UniBank”ın problemli kreditlər şöbəsində görüşüm zamanı onlar məbləği yalnız tam olaraq ödəyəcəyim halda borcun bağlanacağını deyiblər”.

Sonda jurnalist bir neçə sual qoyur:
“1. Lənkəran Məhkəməsi nə üçün məndən xəbərsiz qərar çıxarıb?
2. Niyə bu qərar bu günə qədər mənə təqdim edilməyib?
3. Azərbaycanda kollektor fəaliyyəti haqqında qanun yoxdur. Belə olduğu halda nə üçün özəl kollektor şirkəti fəaliyyət göstərir və Bank borclarının yığılması ona həvalə olunub?
4. Devalvasiyaya görə nə üçün mən məsuliyyət daşımalıyam?

Mən burada bəyan edirəm ki, sosial vəziyyətimin ağır olması üzündən devalvasiya borcunu ödəyə bilmirəm. Bunun ödənməsini məndən hansısa özəl şirkət hədə-qorxu ilə tələb edə bilməz.
Ümid edirəm ki, problemin həlli ilə bağlı səsim eşidiləcək. Əgər bir daha belə təhdid və təqiblərə məruz qalacağım halda etirazımı başqa yolla bildirmək niyyətindəyəm…”




Xəbərin oxunma sayı : 259




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap