|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Bütöv Azərbaycan yaranacaq“ - Araz Elsəs
Tarix 27.06.22, 17:54 |
|
AzFakt.com Kulis.az-a istinadən hazırda İsveçdə yaşayan ozan Araz Elsəslə müsahibəni təqdim edir
– Araz bəy, necəsiniz? İşləriniz necə gedir?
– Çox sağ olun, yaxşıyam. Ümid edirəm, sizlər də yaxşısınız. İşlər də, Təbrizdə deyildiyi kimi, “keçinmə” və ya Bakıda deyildiyi kimi: “babat”, yavaş-yavaş irəliləməkdədir.
– Yaradıcılığınızda nə var-nə yox?
– Yaradıcılığımla bağlı deyim ki, yaxın günlərdə yeni-yeni mahnılar eşidəcəksiniz. Yeni kliplər çəkilmiş, bitmək üzrədir. Konsertlərə gəlincə... COVİD-dən bu yana heç bir konsertimiz olmayıb. Son zamanlarda konsert istəkləri vardı. Hələlik təxirə salmışıq. Çox böyük ehtimalla üzümüzə gələn payızda konsertlərə başlayacağıq.
– Bilmək olar, İsveçdə nə işlə məşğul olursunuz?
– Gündüzləri düşüncələrimdə, gecələri xəyallarımda yurdumu dolaşıram. Yurd üçün burnumun ucu göynəyir. Özəlliklə, yurdun güneyi üçün. Ən böyük arzum da yurda qovuşmaqdır.
– Siz öz yurdundan didərgin düşən və başqa bir ölkədə yaşamağa məcbur qalan sənətçilər karvanına qoşulmusunuz. Mühacirət də bir alın yazısıdır. Neçə-neçə sənətkarların yolu mühacirətdən keçib. Mühacirət həyatınız necə keçir?
– Mən Arazam, Araz, axıram. Axışım indi məni gəlib çıxardıb qürbətin bu bucağına. Gün o gün olsun, bu axış məni yenidən yurda qovuşdursun. Və bir gün o gözəl yurda qovuşacağıma bütün varlığımla inanıram.
– Doğuldunuz Sulduz şəhəri, İran... Bu yerin cazibəsi sizin sənət dünyanızda nələri dəyişdi?
– Bildiyiniz kimi, Sulduz qarapapaq türklərinin yaşadığı yerdir. Bəlkə də, saza bağlılığım Sulduzla, sulduzlularla, qarapapaq türkləri ilə bağlıdır. Gürcüstan, Türkiyə və başqa yerlərdə qarapapaq türkləri yaşayır və onlar harda yaşayırlarsa, orda saz, söz yaşayır. Ola bilsin, mənim saza vurğunluğumda burdan gəlir. Sulduz qoçaq, igid şəhərdir, çox sevimli, canayaxın, isti, qonaqsevər, sənətsevər insanları var. Təbii ki, Sulduzdan danışanda yadıma xüsusən Sulduzun toyları düşür. Sulduzun toylarında keçmiş ustadlarımızın oxuduqları mahnılar, toyların necə keçirilməsi, toylarda insanların keçirdiyi şənliklər, yallılar, qarapapaq havaları məni çox təsirləndirmişdi. Keçən dəfə dostlarımdan biri ilə danışırdıq. Ona da dedim, yaxında Sulduzla bağlı bir mahnım da çıxacaq. Sırf Sulduzun yerləri – bağları, bağçaları, meyvələri, dağları və təbii ki, insanları ilə bağlı bir mahnıdır. Ümid edirəm, sulduzluların bu mahnıdan xoşu gələcək. Sulduz qarapapaq türklərinin yenilməz bir qalasıdır və yenilməz qalası olaraq da qalacaqdır.
– Bir vaxtlar Araz Elsəs daha məşhur idi. Ya da mənə belə gəlir. Hər halda yeni nəsil sizi o qədər də tanımır. Bunun səbəbini nədə görürsünüz? Siz zamanı aşa bilmədinizmi?
– Məşhuram, ya yox. Bunun önəmi yoxdur. Mən məşhur olmaq üçün bu yola çıxmadım. Mənim tanıtmaq istədiyim içimdəki o yurd həsrəti idi. Yurdumun, millətimin ağrıları, acılarını dilə gətirmək idi mənim arzum. Yurdumun, millətimin ağrıları bitsin deyə bunu etdim, sazımla, sözümlə bir yola çıxdım. Saz mənim tüfəngim, sözlərim isə mərmilərim oldu. Və hər zaman da bunu etmişəm. Özümüz gəldi-gedərik, önəmli olan düşüncələrdir. Keçmişimə, sizin dediyiniz dönəmə qayıdanda görürəm ki, o vaxtlar bir ideal uğrunda vuruşduq, bu gün isə o ideal çiçəklənib. Bir vaxtlar qorxa-qorxa “Azərbaycan” adı çəkdiyimiz halda, bu gün milyonlarla adam “haray, haray, mən türkəm!” deyib küçələrə çıxır, haqqını savunur. Bu o deməkdir ki, tanıtmağa çalışdığımız ideyalar, düşüncələr artıq çiçəklənmiş, bar vermişdir. İnanıram ki, yaxın günlərdə Güney Azərbaycanda insanlarımız azadlıqlarına qovuşacaqlar. Güneylə Quzey birləşib bütöv bir Azərbaycan olacaq. Millətimiz digər millətlərinin içində alnı açıq, başı dik millət olacaqdır. Bu da çox çəkməyəcək. Çox az qalıb. Həmin zaman gələndə də sizin dediyiniz, “zamanı aşa bilmək”, o vaxt görünəcək. Ki aşa bildikmi, bilmədikmi?
– Məsələn, siz Nazım Hikmətin “Hasret” şeirinə də mahnı bəstələmisiniz. Nazim Hikmət ideoloji olaraq solçu idi. Ancaq Nazim Hikmətin həm də başlarda bir millətçi tərəfi də vardı. Necə düşünürsünüz, bir sənətçini sırf ideologiyasına görə yarğılamaq nə dərəcədə doğrudur?
– Doğrudur, mənim Nazim Hikmətdən oxuduğum bir neçə mahnı var. Nazimi oxuduqca türk dilinin necə zəngin dil olduğunu öyrəndim. Çox gözəl türk şairlərimiz var, ancaq Nazim Hikmət başqadır. Mən həmişə ideologiyanı bir kənara qoyuram. İdeologiyası nə idi, o dönəm nə düşünürdü, bu gün olsaydı, nə düşünərdi – bunlar mənim üçün elə də önəmli bir şey deyil. Nazim Hikmətin geriyə buraxdığı şeirləri, o dil mənim üçün önəmlidir. “Dənizə dönmək istəyirəm”, “Bəylər, bu vatana nasıl kıydınız”. Xüsusən, “Bəylər, bu vatana nasıl kıydınız”ı oxuyanda elə bilirsən, bu gün üçün yazılıb. Oxuduqca, hər kəs öz payını alır. Nazim Hikmət Qara dənizin quzeyindən Qara dənizin güneyinə baxaraq yazan bir şairdir. Təbii ki, bu cür bir şair millətini, yurdunu sevəcək. Hər kəsi rahat buraxmaq lazımdır. Buraxın, insanlar yurdlarını, millətlərini, dünyanı rahatlıqla sevsinlər. Hər kəs həyata durduğu yerdən baxır. Və Nazim Hikmətin dayandığı yerdən baxdığı, sonradan qələmə aldığı şeirlərdə o yurd, millət sevgisi duyulur. Nazim Hikmətdən danışsaq, saatlarla danışaq gərək. Həqiqətən, böyük şairdir. Millətçiliyə gəlincə, millətçilik Vətənini bütöv olaraq sevməkdir. Var adını millətçi qoyanlar, ancaq bütöv olaraq sevə bilmir. Bir qrupun, təşkilatın, yaxud partiyanın çərçivəsində sevə bilir. Bu cür olanlar adlarını millətçi qoyurlar. Bu isə millətçilik deyil, partiyaçı, qrupçu, yaxud da təşkilatçıdır. Mən istəyirəm deyəm ki, qrupdan, təşkilatdan, partiyadan asılı olmayaraq, hər kəs millətini bütöv olaraq sevsin. Bizim yolumuz, millətçiliyin yolu sevgidən keçir. Bu div sevginin qabağında kimlər baş əymədi? Və kimlər baş əyməyəcək? Yetər ki millətimizi bir və bütöv görək. Hacı Bektaşi Veli demiş, “Bir olalım, iri olalım, diri olalım”.
– Araz bəy, “Haray, haray mən türkəm” mahnınız çox məşhurdur. Sizi İranda yaşayan azərbaycanlıların haqq səsi adlandırırlar. Mahnılarınızın o taylı-bu taylı insanları qovuşdurmaq üçün bir körpü rolu oynadığını düşünürsünüz?
– İdeyalar, düşüncələr önəmlidir. Yenə bunu təkrar edirəm. Bu mahnını oxuduğum zaman heç ağlıma gəlməzdi ki, bir gün gələcək, Güneydə, küçələrdə, meydanlarda insanların dilində oxunacaq. Bu və bunun kimi mahnılar məşhurdur. Çünki o mahnılar bayaq da dediyim kimi, gördüklərim, içimin yansımasıdır. Mənim içimdən qopub çölə çıxan duyğular, düşüncələrdir. Körpü... Mənim yazdıqlarım, oxuduqlarım, həqiqətən də, körpü rolunu oynayırsa, “ne mutlu mənə”. Həmişə düşüncələrimdə bütöv olmaq, bir olmaq var. Bütövlük əvvəlcə bizim düşüncələrimizdə yaranmalıdır. Azərbaycan bizim beynimizdə, düşüncələrimizdə bütövləşərsə, onun gerçəkləşməsi artıq an məsələsi olacaq.
– “Quşlar” mahnınızı qürbətdə pasportsuz qaldığınız və heç nəyinizin olmadığı dövrdə yazmışdınız. Həmin günləri necə xatırlayırsınız?
– “Quşlar”ı yazanda mən Norveçdə yaşayırdım. Daha doğrusu, yeni gəlmişdim Norveçə. Gölün kənarında oturub quşlara tamaşa edirdim. Oraya təzə gəlmişdim və düşünürdüm ki, mən, bəlkə, bir quş olaydım. Quş olub quşlara qoşulsam, qoşulub da yurduma qovuşsam... Bu hislərlə yazdım o mahnını. Göydə nə varsa təmizdir, yerə düşəndə çirklənir. Daha sonra atlara bir şeir yazdım. Sonra isə Baltik dənizinin sahilində olarkən, balıqlara bir şeir yazdım, “Balıq olmaq istəyirəm” deyə. Yurdum üçün çox darıxırdım. İndi də darıxıram. Nəysə (kövrəlir – A.A), gün gələr, görüşərik yurdumda.
– Araz bəy, dünyada sanki belə bir qəlib var: sənətçi heç vaxt lokal, milli təəssübkeş ola bilməz, o dünyəvi, bəşəri dəyərlərin yanında olmalıdır. Bu mənada siz Qərbdə olsanız da, milli düşüncəni daim yaşadanlardansınız. Necə düşünürsünüz bu haqda?
– Biz hər şeydən öncə bir insanıq. Bir az əvvəl dediyim kimi, doğulduğumuz, böyüdüyümüz, yaşadığımız mühit bizə təsir edir. Mən də yaşadığım yerdən təsirləndim. Gördüyüm basqılardan, haqsızlıqlardan, ədalətsizliklərdən. Və bir yola çıxdım, ədalətsizliyə yox deməyə çalışdım. Sazımla, sözümlə baş qaldırdım. Və yanıb içində cızdağı çıxan insanların bağıra bilmədikləri, söyləyə bilmədikləri sözləri dilə gətirməyə çalışdım. Mənim adımı nə qoyurlar qoysunlar, bu mənim vecimə deyil. Nə qədər ki millətimin, yurdumun dərdi var, bu dərdləri bağırmağa, dilə gətirməyə çalışacağam.
– Çoxları düşünür ki, bütöv Azərbaycan ideyası artıq utopiya kimi səslənir. Nə düşünürsünüz? Zaman keçib artıq. Siz bu ideyanın nə vaxtsa reallaşacağına inanırsınızmı?
– Bütöv Azərbaycan yaranacaqdır. Buna mənim inamım böyükdür. Məncə, bütöv Azərbaycanda bu gün dünəndən daha çox yaxınıq. Sabah bu gündən də daha çox yaxın olacağıq. Bütöv Azərbaycan xəyal deyil, bütöv Azərbaycan bir gerçəkdir. Gün gələcək, bu gerçəkləşəcək. Güneyli və quzeyli olaraq bütövlük günü üçün hazırlanmalıyıq. Burda da güney azərbaycanlılar olaraq ən böyük rolu biz oynayırıq. Bu gün bizim insanlarımız, xüsusilə, millə hərəkatın gücü, yaxud motoru olan gənclərimiz təpədən-dırnağa milli silaha, öz kimliklərinə yiyələnmişlər. Onlar artıq qurtulmaq istəyirlər. “Güney Azərbaycan” termini də bundan sonra tarixə qovuşacaq. Biz bölündüyümüz yerdə birləşəcəyik. Arazda bölündük, Arazda birləşəcəyik. Bölündüyümüz yer birləşdiyimiz yer olacaqdır. Azərbaycan bütövləşəcəkdir. Bu sevgi bu gün dünənkindən daha çoxdur. Buna inanın!
– Sizcə, sənət ideoloji olmalıdırmı? Sənətin öhdəliyində hansısa ideyanı daşımaq, onu nəsillərə ötürmək kimi bir missiya varmı?
– Məncə, sənət bütün ideologiyalardan uzaq olmalıdır. Yaxud da bütün ideologiyaları içində barındıran, bir çətir altında tutan olmalıdır.
– İndiki Azərbaycan musiqisini dinləyirsinizmi? Kimləri bəyənirsiniz?
– Açığı, çox dinləyə bilmirəm. Ara-sıra dinləyirəm. Aşıqlardan Kamandarı dinləyirəm, çox sevirəm onu. Çox gözəl oxuyur, özünəməxsusdur. Arif Məlikovun yazdığı bir mahnı var, Akif İslamzadə oxuyur o mahnını (“Gəl bizim dağlara” mahnısı nəzərdə tutulur – A.A.). Nə gözəl mahnıdır. Yaxın günlərdə onu dinlədim. Daha çox klassiklərimizə diqqət yönəldirəm. Fikrət Əmirovu çox dinləyirəm. Üzeyir Hacıbəyov, Qara Qarayevi də.
– Meyxanaya münasibətiniz necədir? Bəziləri düşünür ki, meyxana Azərbaycana xas deyil. Siz necə düşünürsünüz?
– Meyxana mənim ruhum üçün çox uzaq bir şeydir. Belə mahnıları, bu cür musiqiləri dinləyə bilmirəm.
– Bəs rep haqda nə deyə bilərsiniz? Dinləyirsinizmi?
– Eynilə, rep də. Onu da dinləyə bilmirəm. Çox sevdiyim oxumaq tərzi deyil rep. Xüsusilə, repi Qərb təfəkkürü ilə, qərblilərin ağzı ilə oxumaq xoşuma gəlmir. Ən azından rep oxuyan dostlar onu oxuyarkən Azərbaycan, türk ağzına yaxın oxumalıdırlar.
– Bizim şairlərdən kimləri oxuyursunuz? Ən çox sevdiyiniz şairlər kimlərdir?
– Ramiz Rövşən, Musa Yaqub, Əlisəmid Kür, Paşa Qəlbinur, Adil Mirseyid, Vaqif Bayatlı – bu şairləri çox sevirəm. Bir də şairlərin şəxsiyyəti də gözəl olanda, o zaman çox gözəl olur. Gözəl şairlərimizin şəxsiyyətləri də gözəldir.
– Ümumiyyətlə, ədəbiyyat nə qədər oxuyursunuz? Sevdiyiniz, tez-tez vərəqlədiyiniz xarici, yaxud yerli yazarlar varmı? Müasirləri izləyirsinizmi?
– Çalışıram, oxuyum. İndi masamda Nizami Cəfərovun türk xalqları ədəbiyyatı ilə bağlı kitabı var, onu oxuyuram.
– Şəxsi həyatınızı gizli saxlayırsınız. Demək olar, şəxsi həyatınızdan heç nə paylaşmamısınız. Bu ozan kültüründən irəli gəlir? Çünki yeni dövr ifaçıları istər-istəməz şəxsi həyatları ilə də gündəmdə qalırlar.
– Doğrudur, mən şəxsi həyatım, ailəm və uşaqlarım haqda mediada paylaşım edən biri deyiləm. Ola bilsin, hardasa bununla bağlıdır. Sosial şəbəkədə ailəmlə bağlı paylaşım etməyi sevmirəm.
– 44 günlük Vətən müharibəmizdən bir marş yazdığınızı söyləmişdiniz. Nə yerdə qaldı o marş?
– Əslində, bu marşı çoxdan yazmışdım. 44 günlük savaş zamanı mahnını yenilədim. Rok stilində yazdım özü də. Düzü, hələ fürsətim yoxdu, istəyirdim, Azərbaycana gəlib mahnını oxuyum. Qismət olsun, Azərbaycana gələndə o mahnını sizlərlə paylaşacam.
– Deyəsən, Bakıya gələcəksiniz avqustda. Planda konsert var?
– Doğrudur, Azərbaycana gəlmək istəyirəm. Çox güman, avqustun sonuna, ya da sentyabrda gələsi oldum. Sağlıq olsun!
Xəbərin oxunma sayı : 1012
Müsahibə
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV