Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərcell” qiyməti 150 faiz artırır: “Bunun səbəbləri qaranlıqdır“

Tarix 19.07.18, 16:42

Font ölçüsü : - / +
bitmap-img6

“Azərcell” qiyməti 150 faiz artırır: "Bunun səbəbləri qaranlıqdır"
19.07.2018, 10:34 - +
"Azərcell” gələn ayın 15-dən etibarən "Asan İmza” xidmətindən istifadəyə görə abunə haqqını 2,5 dəfə artıracaq. 1 manata təklif edilən bu xidmətə görə o gündən sonra 2.5 manat ödəməli olacağıq". 

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı bildirib ki, "Azercell Telekom” MMC bunu xərclərin artması ilə əlaqələndirib: 



"Bununla digər mobil operatorlar da qiymət artımına gedəcəklər. Amma nəyin hesabına xərcin nə az, nə çox - 2.5 dəfə artması səbəbləri qaranlıqdır. Eyni zamanda, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılması vacibliyini bir daha artırır. Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır. Digər tərəfdən, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda, "ASAN İmza”ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. Elektron xidmətlərin daha aşağı xərclər ilə əldə edilməsinin özü də prioritet olmalıdır. Təəssüf ki, son taarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və taariflərin optimallaşdırılmasına nail olması çox vacibdir. Ümumiyyətlə, hökumət ASAN imzanı ləğv edilərək onun əvəzinə pulsuz elektron imza sisteminin tətbiqinə çalışmalıdır".




Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap