Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“ASAN Kommunal”dan Azərişıq “ASC”-yə rekord sayda müraciət daxil olub

Tarix 19.01.18, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. Arxada qalan 2017-ci ildə “ASAN Kommunal” xidməti üzərindən “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib. Belə ki, ötən il “ASAN Kommunal” xətti ilə  “Azərişıq” AS”-nin göstərdiyi 10 xidmət üzrə - elektrik enerjisi ilə əhali və qeyri əhali abonentlərə texniki şərtin verilməsi, əhali və  qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi ilə bağlı 140 min müraciət edilib. Həmin 140 min müraciətin çüzi hissəsi - sənətlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub

Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla 33 min müraciətdən hamısı icra edilib və 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.

“Azərişıq” ASC “ASAN” xidmətlə birgə əməkdaşlığı 2018-ci ildə davam etdirilməklə yanaşı daha da dərinləşdiriləcək və bu səhədə yeniliklər həyata keçiriləcək.

“Azərişıq” ASC-nin mətbuat xidməti



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap