Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Şamaxıda sürüşmə oldu, bəzi sakinlər evlərini tərk etdi - VİDEO

Tarix 07.02.19, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Şamaxıda sürüşmə sahələri yenidən aktivləşib. Gecə saatlarında şəhərin 48-ci məhəlləsində torpaq sürüşməsi səbəbindən evlərdə və yardımçı tikililərin divarlarında çatlar əmələ gəlib.

Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün olub. Sakinlərin sözlərinə görə, dağdan axıb gələn torpaq kütləsi bir neçə gündür ki, evlərə doğru hərəkət edir. Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb, ərazidə gölməçələr əmələ gəlib. 

Sürüşmə məhəllədaxili yolların dağılmasına da səbəb olub. Nəticədə avtomobillərin gediş-gəlişində çətinliklər yaranib. 100 metr uzunluğu, 50 metr eni olan torpaq kütləsi gün ərzində 15-20 santimetr evlərə doğru hərəkət edir. 

Torpaq sürüşməsi nəticəsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıblar. 

Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, həmin ərazilərə baxış keçirilib. Komissiyanın rəyindən sonra bu evlərlə bağlı tədbirlər görüləcək. (Xəzər TV) 






Xəbərin oxunma sayı : 598




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap