Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“ABŞ fayda gətirəcək hər şeyi edəcək...” – Blinkenin İlham Əliyevə zəngi gözlənilir

Tarix 20.01.23, 11:32

Font ölçüsü : - / +
bitmap-img6


“Çərşənbə günü ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları bərpa etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Gözlənildiyi kimi, yaxın vaxtlarda o, Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacaq”.

Bunu “Turan” agentliyinin Vaşinqton müxbirinə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. Onun sözlərinə görə, Blinken və Paşinyan Azərbaycanla ikitərəfli danışıqların bərpası üzrə addımları müzakirə ediblər. “Dövlət katibi Laçın yolunda keçirilən aksiyaların Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını bildirib. O, həmçinin ABŞ-ın davamlı sülhə nail olmaq üçün səylərin dəstəklənməsinə və bizim davamlı çoxşaxəli ikitərəfli münasibətlərimizə sadiqliyini bir daha təsdiqləyib”, – Dövlət Departamentinin rəsmisi bildirib.

Müxbirin “Dövlət katibi dialoqun yeni raundunun keçirilməsilə bağlı tərəflərlə razılığa gəlməyə cəhd edibmi” sualına Prays cavab verib ki, bu cür səylər göstərilir. “ABŞ fayda gətirəcək hər şeyi edəcək”, – Prays mətbuat üçün brifinqdə deyib.

“Əlbəttə, biz son vaxtlar Qarabağ ətrafında uğursuzluqları görürük və konstruktiv dialoqun bərpa olunmasını istəyirik”, – o deyib.

O əlavə edib ki, ABŞ ikitərəfli qarşılıqlı fəaliyyətə və ATƏT vasitəsilə və ya üçtərəfli qaydada tərəfdaşlarla əməkdaşlığa hazırdır: “Bu, Dövlət katibi Blinkenin şəxsi prioritetidir. Lakin Viktoriya Nuland, Karen Donfrid, Avropa və Avrasiya Məsələləri Bürosunun bir sıra digər yüksək vəzifəli məmurları da bu məsələ ilə məşğuldurlar”.



Xəbərin oxunma sayı : 715




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap