Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Aİ-95“ markalı benzin bahalaşır - “Aİ-92“yə keçmək olar? VİDEO

Tarix 12.07.22, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Azərbaycanda da "Aİ-95" markalı benzinin qiymətinin artması ilə bağlı söhbətlər səngimir.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən iqtisadçı Eldəniz Əmirov deyib ki, "Aİ-95" markalı benzinin ölkəmizə idxal olunması qiymətə müdaxilə etmək imkanlarını məhdudlaşdırır.

Ekspertin fikirincə, dünyada bu markadan olan benzinin qiymətindəki artıma pandemiya və ardınca da beynəlxalq siyasi böhran səbəb olub.

Qeyd edək ki, Azərbaycanda "Aİ-95" markalı benzinin 1 litri 1 manat 60 qəpiyə satıldığı halda dünya bazarında təxminən 2 manat 50 qəpiyə təklif olunur. Bu markalı benzindən Azərbaycanda böyük bir kütlə istifadə etməsə də qiymətdə dəyişikliyin olması "Aİ-95" benzinlə avtomobil idarə edən sürücüləri düşündürməyə başlayıb.

Bəs "Aİ-95"dən istifadə edənlər yerli istehsal, yəni "Aİ-92" markalı benzinə keçə bilərlər?

Usta Sahil Ağabəyli deyib ki, bütün avtomobillər istehsal olunarkən zavod tərəfindən onun hansı markalı benzinlə işləməsi daxili kitabında qeyd edilib. Amma usta şəxsi təcrübəsinə əsaslanaraq bəzi istisinaların olduğunu da hesab edir.

Avtomobil mütəxəssisi onu da bildirib ki, çıxış yolu kimi, "Aİ-92" markalı benzinə oktan artıran vasitələrdən tökərək və ya "Aİ-92" ilə "Aİ-95" markalı benzini qarışdırıb avtomobildə istifadə edə bilərlər. Usta hesab edir ki, bunun nəqliyyat vasitəsinə heç bir zərəri yoxdur.





Xəbərin oxunma sayı : 529




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap