Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Əzizbəy” sakinləri “girov” saxlayır: 1500 gətir çıxarış üçün arayış verək

Tarix 03.10.25, 16:43

Font ölçüsü : - / +
bitmap-img6


Xətai rayonu, Əhmədli qəsəbəsi, Lütfizadə küçəsində yerləşən (“ETALON”)“Əzizbəy” MTK-nın inşa etdiyi binalarda yaşayan sakinlər ciddi problemlə üzləşiblər. Onlar bildiriblər ki, MTK onlara mənzil borcunun olmadığını təsdiq edən maliyyə arayışını yalnız əlavə ödəniş müqabilində verir.

Sakinlərin sözlərinə görə, bina 2010-cu ildə tikilib, çıxarışların verilməsinə isə yalnız 2024-cü ildən başlanılıb:

“Çıxarışı rahatlıqla ASAN Xidmət vasitəsilə ala bilərik. Lakin bunun üçün mənzilimizin MTK-ya borcu olmadığını təsdiqləyən maliyyə arayışı təqdim etməliyik. Bu arayışı isə MTK bizə pulla satır. Qiymət 1000-1500 manat arasında dəyişir. Arayışda sadəcə qeyd olunur ki, mənzil sahibinin MTK-ya borcu yoxdur. Bunun üçün niyə əlavə pul ödəməliyik?”.

Şikayətçilər əlavə ediblər ki, arayış almaq prosesi olduqca çətinləşdirilir:

“Bizdən pul almaq üçün süründürürlər. Halbuki bu, çox sadə işdir. Halal pulumuzu verib evimizi almışıq. Biz öz evimiz üçün niyə əlavə ödəniş etməliyik?”.

Sakinlərin qaldırdığı başqa bir məsələ isə MTK-ların fəaliyyəti ilə bağlıdır. Onların sözlərinə görə, qanuna əsasən, əgər binadakı mənzillərin 50 faizdən çoxu satılıbsa, MTK öz fəaliyyətini dayandırmalı, onun yerinə sakinlərin və bələdiyyələrin iştirakı ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. Bu isə idarəetmənin sakinlərə verilməsi üçündür.

“Amma bu, həyata keçirilmir. Çünki MTK-lar çıxarışdan əlavə gəlir əldə edirlər və buna görə də idarəetməni sakinlərə təhvil vermirlər”, – deyə şikayətçilər bildirirlər.

2025-ci ildə mənzil və torpaq bazarında qiymət artımı: Ekspertdən alıcı və  satıcılara tövsiyələr

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Musavat.com-a açıqlamasında bildirib ki, MTK-ların sakinlərdən əlavə ödəniş tələb etməsi qanunsuzdur:

“Əgər vətəndaş mənzilin ödənişini tam edib, borcunu bağlayıbsa, MTK birmənalı şəkildə ona maliyyə arayışını verməlidir. Əgər əlavə pul tələb olunursa, sakinlər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. MTK-lar bəzən bunu kommunal borclarla əsaslandırırlar, amma müqavilə üzrə bütün ödənişlər tamamlanıbsa, arayış üçün əlavə pul tələb etmək mümkün deyil”.

Ekspert həmçinin qeyd edib ki, mənzillərin 50 faizdən çoxu satıldıqdan sonra MTK-lar öz səlahiyyətlərini MMMC-lərə ötürməlidir:

“Bu prosesə bələdiyyələr nəzarət etməlidir, amma təəssüf ki, əksər hallarda bu, həyata keçirilmir. Buna baxmayaraq, sakinlər özləri birləşərək MMMC yarada bilərlər. Bunun üçün Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir. Beləliklə, idarəetməni ya özləri həyata keçirə, ya da peşəkar idarəetmə şirkətlərinə həvalə edə bilərlər”. (Musavat.com)



Xəbərin oxunma sayı : 865




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap