“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

ƏƏSMN-də zümrə həmrəyliyi: Sahil Babayev qohumlarını vəzifəyə yığır

Tarix 30.11.23, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəzi təyinatlarında bacarıqlı, səriştəli, savadlı kadrları yox, dost-tanışlarını, qohum-əqrabalarını vəzifələrə təyin edir. 
 
Bu barədə "Qlobal.az"a verilən məlumatda qeyd olunur. 

Bildirilir ki, belə təyinatlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müvəttişliyi Xidmətinin rəisi ilə bağlıdır. 
   
Məlumata görə, indiyədək heç bir dövlət vəzifələrində çalışmayan bir şəxsin birdən-birə əmək və əhalinin sosial müdafiəsi nazirinə 2020-ci ildə müşavir təyin edilməsi, qısa bir zamandan sonra 2022-ci ildə Dövlət Əmək Müvəttişliyi Xidmətinin rəisi vəzfəsinə təyin edilməsinin arxasında məhz qohumluq amilinin dayandığı iddia edilir. 

 

Əldə etdiyimiz məlumata görə, Dövlət Əmək Müvəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Sahil Babayevin xalası qızının həyat yoldaşıdır. 
 
Bu posta 2022-də ildə təyin edilən Vəli Quliyevin heç də savadlı kadr olmadığı bildirilir.

Vəli Quliyev əvvəllər "ParaBank”ın İdarə Heyətinin sədri, sonradan isə Parabokt adı ilə "bank olmayan kredit təşkilatının sədri vəzifəsini tutub. 
 
Nazirlikdən məsələyə mövqe öyrənə bilmədik.
 



Xəbərin oxunma sayı : 880




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap