Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ərzaq məhsulları üçün daha aşağı faizli ƏDV tətbiqi vacibdir” - Vüqar Bayramov

Tarix 01.10.22, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


“Əlavə dəyər vergisinin (ƏDV) tətbiqi müzakirə edilən məsələlərdəndir. Biz ƏDV tətbiqi zamanı diferensial dərəcələrə üstünlük verilməsini təklif edirik. Xüsusilə də strateji əhəmiyyət daşıyan məhsullar və ərzaq məhsulları üçün daha aşağı faizli ƏDV tətbiqi məqsədəuyğun olardı”.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Ərzaq məhsullarının bahalaşmanı önləmək və qiymətləri azaltmaq üçün ƏDV ləğv olunmalıdır” fikrinə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, ƏDV-nin faizinin aşağı salınması qiymətlərin optimallaşdırılması baxımından bazara təsir göstərə bilər:

“Bu, vacib addımlardandır. Fərqli sektorların inkişafı üçün diferensial əlavə dəyər vergisinin tətbiqi məqsədəuyğundur, çünki bu həmin sektorlarda xərcin azalmasına və  onların təşviq edilməsinə imkan yarada bilər. O baxımdan biz də ƏDV üzrə faiz dərəcələrini sektorlardan, məhsul növündən asılı olaraq diferensial tətbiq edilməsini təklif edirik. Bu şəkildə tətbiq həm istehlak bazarında qiymətlərin optimallaşdırılması, həm də qeyri-neft sektorunun stimullaşdırılması baxımından önəmlidir”.



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap