Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputatdan sensasion açıqlama

Tarix 20.04.18, 2:09

Font ölçüsü : - / +
bitmap-img6


"Məmurların özləri ilə bərabər, qohumlarının "saxladıqları" qadınların özbaşınalığı Azərbaycanda geniş yayılan anormal haldır”.

AzFakt.com xəbər verir ki, bunu "Sherg.az”a millət vəkili Fazil Mustafa söyləyib.
 
O vurğulayıb ki, bu hərəkətlər qudurğanlıq və görməmişlik simptomlarının ortaya çıxardığı məqamlardır:
 
"Belə davranan insanların böyük əksəriyyəti sanki özlərinin yaxın adamlarına, qeyri-qanuni "saxladıqları" qadınlara kredit kartı veriblər ki, istənilən özbaşınalığı edə bilərlər. Bu hala ölkədə qanunun aliliyini təmin etməklə son qoymaq mümkündür. Hər hansı şəxs məmurun yaxınıdırsa, bu o demək deyil ki, onlar sadə insanlara sayğısızlıq etməlidirlər. Burada cəmiyyətin özü və medianın üzərinə böyük məsuliyyət düşür. Həmin məqamların dərhal ifşa olunması, açıq şəkildə insanlara çatdırılması vacibdir. Bu, qudurğanlığın yeni formasıdır. Konkret olaraq məmurun adı çəkilməlidir. Onsuz da, həmin məmurların özləri millətin üzərinə yük idi, indi isə onların saxladığı qadınlar, yaxın qohumları peyda olub. Cəmiyyətin bu vəziyyətə müqavimətindən çox şey asılıdır”.
 
Məmur qohumlarının özbaşınalıqlarının daha çox mediaya sızdığını diqqətə çatdıran deputat belə məqamların dərhal işıqlandırılmasının tərəfdarıdır:
 
"Polisə tabe olmayan, avtoşluq edən, vəzifəsini yerinə yetirən şəxsləri himayədarları ilə hədələyən insanlara ən yaxşı cavab ictimai qınaqdır. Yetərincə qınaq olsa, çoxları belə addımların fəsadlarını düşünər. Belə özbaşınalıqlara görə, kiminsə işdən çıxarılması, vəzifədən uzaqlaşdırılması ənənəsi bizdə yoxdur. Buna arxayın olanlar daha çox belə özbaşınalığa yol verir. Halbuki cəmiyyətin medianın qınağı yerində olsa, mənfi məqamlar azalar”.
 
Qeyd edək ki, son illərdə sosial şəbəkələrdə və mətbuatda məmur övladlarının, onların qohumlarının və xüsusilə sevgililərinin özbaşınalığı haqqında tənqidlər səsləndirilir. Bu şəxslərin mənfi münasibəti, özbaşına və tərbiyəsiz rəftarı ilə qarşılaşan sadə vətəndaşlar sosial şəbəkə hesablarında üzləşdikləri mənzərəni paylaşırlar.



Xəbərin oxunma sayı : 1096




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap