Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

«GrandMart» vergidən yayınır? - İldə cəmi 8000 manat qazanc

Tarix 28.06.22, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın tanınmış supermarket şəbəkələrindən olan "GrandMart" 2021-ci ildə cəmi 8 min manat qazanc əldə edib. 

FED.az bu barədə şirkətin rəsmi hesabatına istinadən məlumat verir.

Hesabata əsasən 2021-ci ildə "GrandMart"ın satışlarının ümumi həcmi 126 milyonq manat olub. Bu əvvəlki illə müqayisədəf 21% artıqdır, belə ki, 2020-ci ildə "GrandMart"ın dövriyyəsi 104 milyon manat olmuşdu.

Satışı maya dəyəri isə 2021-ci ildə 117,5 milyon manat olub. Bu 2020-ci ildən 23% artıqdır. 2020-də satışın maya dəyəri 95,3 milyon manat olmuşdu.

Nəticədə şirkətin ümumi mənfəəti )satış həcmi və satışın maya dəyəri arasındvakı fərq) 8,76 milyon manat olub. Bu 2020-ci ildə isə bu göstərici 8,77 milyon manat idi.

Başqa sözlə, 2020-ci ildə "GrandMart" satdığı məhsullar üzrə 9,1% marja ilə işləyibsə, 2021-ci ildə bu göstərici 7,2%-ə düşüb.

2021-ci ildə şirkətin digər gəlirləri 5,7 milyon manat təşkil edib – bu da 2020-ci ildən təqribən 2 dəfə artıqdır, əvvəlki il digər gəlirlər 2,9 milyon manat olmuşdu.

Şirkətin kommersiya xərcləri isə 14,3 milyon manat olub.

Nəticədə "GrandMart" 2021-ci ili 10 min 970 manat əməliyyat gəliri ilə başa vurub. 2020-ci ildə isə bu göstərici 207 min manat zərər idi. Mənfəət vergisi xərcini də çıxdıqda (2 194 manat), 2021-ci ildə "Grand Mart"ın xalis mənfəəti 8776 manat təşkil edib. Xatırladaq ki, şirkət 2020-ci ili 207 min manat zərərlə başa vurub.

Hesabatdan görünür ki, 2020-ci ildə zərərlə işləyən "GrandMart"ın mənfəətə çıxması satış gəlirləri ilə deyil, digər gəlirləri ilə bağlı olub. Həmin gəlir maddəsinin 2 qat artması şirkətin cüzi də olsa mənfəətə çıxmasına imkan verib. Satışda isə marja aşağı düşməkdədir və bu böyük ehtimalla ticarət sektorunda getdikcə güclənən rəqabətlə bağlıdır.

2021-ci ildə "GrandMart"ıq aktivləri 73% artaraq 2020-ci ildəki 34,6 milyon manatdan 2021-ci ilin sonunda 60 milyon manata yüksəlib. Bu artım şirkətin yaratdığı təqribən 42 milyon manatlıq ehtiyatların hesabına baş verib – 2020-də 18 milyon manat idi.

Şirkətin səhmdarlarının yatırdığı nizamnamə kaitalı dəyişməyib – 12 milyon manat.

Əvəzində «GrandMart»ın ticarət və kreditortor borcları 2 dəfədən də çox artaraq 19 milyon manatdan 41 milyon manata yüksəlib. Nəticədə ümumi öhdəliklər 22,6 milyon manatdan 47,9 milyon manata qalxıb. 






Xəbərin oxunma sayı : 1822




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap