![]() |
|














“İşgəncə verib deyirdi ki, Mübariz də sənin kimi vətən xaini olub” – “Tərtər işi” ilə bağlı DƏHŞƏTLİ FAKTLAR
Tarix 19.04.23, 22:00 |
|

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edir. Hazırda Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrlik etdiyi məhkəmə prosesində zərərçəkənlər ifadə verir.
AzFakt.com Musavat.com”-a istinadla xəbər verir ki, məhkəmənin əvvəlində zərərçəkmiş Bəhruz Novruzovun anası Aygün Novruzova məhkəmədə oğlunu təmsil etmək üçün etibarnamə təqdim edib. Ana 5 il əvvəl oğluna verilən işgəncələrdən psixi durumunun yerində olmadığını, ona görə də oğlunu hər yerdə özünün təmsil etdiyni deyib.
“Bakı Apellyasiya Məhkəməsinin hakimi oğlumu kalyaskada gördü, ağlamaq tutdu”
Hakim: “Danışın. Oğlunuzun başına nə gəlib?”
Aygün Novruzova: “2017-ci ilin may ayının 3-də tutub əl-qolunu, gözünü bağlayıb aparıblar Hikmət Həsənovun yanına. H. Həsənov da deyib ki, boynuna al, sən erməniyə getmisən. Oğlum da deyib, cənab general, mən satqınlıq etməmişəm. H. Həsənov da orda olan maskalılara deyib, aparın bunu, ağlı başına gəlsin. Oğluma o qədər işgəncə veriblər... Bədəninə o qədər tok veriblər ki, gözləri pırtdayıb, həqəsindən çıxıb, biz 5 ildir müalicə etdiririk, pul tökürük, gözlərini yerinə oturda bilmirik”.
Aygün Novruzovanın tələbi oğlunun müalicəsi ilə bağlı olub: “Evimizi də satıb, ölkədaxili müalicələrə xərcləmişik. 5 ildir ki, yollarda qalmışam. Şikəst elədikləri oğluma tək baxıram. Oğlum işgəncələr nəticəsində 95 kilodan 45 kiloya düşmüşdü. Ona 4 ay həbs sanksiyası veriblər. Sənədinə yazıblar ki, guya hündürlükdən yıxılıb, xəsarətlər də ondandır. 10 ay türmədə qalıb. Hakim özü də görürdü ki, məsələ hündürlükdən yıxılmaq deyil, ancaq göz yumurdu. Aldığı işgəncələrdən psixikası pozulub. Tələb edirəm ki, onu bu günə qoyanlar sağaldıb, özümə qaytarsınlar. Türkiyədə müalicəsi var, ancaq aparmağa pulumuz yoxdur”.
Zərərçəkmişin nümayəndəsi deyib ki, oğluna dəymiş maddi və mənəvi zərərə görə Nəsimi rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə 20 min manat təzminat kəsib: “Nəsimi məhkəməsi 20 min manat kompensasisya kəsdi. Maliyyə Nazirliyi apellyasiya şikayəti verdi, Bakı Apellyasiya Məhkəməsinin hakimi oğlumu kalyaskada gördü, ağlamaq tutdu. Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Ancaq Maliyyə Nazirliyi götürüb Ali Məhkəməyə kassasiya şikayəti verdi”.
Hakim:“Siz məhkəmə çıxışları başlananadək məhkəməyə mülki iddia təqdim edə bilərsiz”.
Sonra hakim Bəhruz Novruzovun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Bəhruz Novruzov öz ifadəsində yazıb ki, siqareti bədənində söndürüblər, kauçuku əridib ayaqlarına töküblər, bədənini toka veriblər, başına dəsmal bağlayb, suda boğublar, dizlərinə hər iki tərəfdən dəmir parçası soxublar. İşgəncələr Hikmət Həsənovun yanında verilib.
“Hikmət Həsənov da işgəncə yerində idi, hərbi prokuror Xanlar Vəliyev gəldi…”
Sonra zərərçəkən Rəfael Emçiyev ifadə verib. Deyib ki, onun və hərbçi yoldaşlarının əl-qolunu, gözlərini bağlayaraq hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına aparıblar. Qarşısında bizi diz çökdürdülər. Vüsal Ələsgərov ondan “neytralda nə gəzirdin?” deyə, soruşub. O isə neytral zonada olmadığını deyib. Bundan sonra işgəncələr başlayıb: “Məni “çaynı” deyilən otağa apardılar. Rəşid Niftəliyev (təqsirləndirilənlərdən biri) yanıma gəldi, dedi, nə olubsa, aç de ki, sənə kömək edə bilək. Mənsə bildirdim ki, axı heç nə olmayıb, nəyi açım deyim? Ondan sonra dəhşətli işgəncələr başladı…”.
Zərərçəkən üzünü şüşə qəfəsdə əyləşən Vüsal Ələsgərova tutub: “Burda deyirsən ki, əmr yerinə yetirmisən. Məndə sənə deyirəmki, sənə əmr vermişdilər ki, araşdırasan. Daha deməmişdilər ki, adamlara işgəncə verəsən. Hikmət Həsənov da işgəncə yerində idi, hərbi prokuror Xanlar Vəliyev gəldi, şəxsən mənə dedi ki, boynuna al ki, sən vətən xainisən. Sənədlərə qol çək. İşini yüngülləşdirərik, sənə rüşvət ittihamı ilə 2 iliş verərik, 2 ildən sonra azadlığa çıxarsan. Dedim, axı vətən xaini olar uzağı 100- 200 nəfər. 1000-2000 nəfər vətən xaini olar?”.
Vəkillər zərərçəkənə suallar verəndə məlum olub ki, ovə hərbçi yoldaşları əl-qolu bağl aparılmamışdan bir müddət əvvəl başqa tabora gedib-qayıdıblarmış: “Vüsal Ələsgərov bizi hardasa 1 ay əvvəl başqa tabora göndərmişdi. Turan İbrahimlinin olduğu tabora... Təxminən 10 gün orda qaldıq, sonra bizi geri – öz taborumuza qaytardılar. Sonra da xəbər çıxdı ki, getdiyimiz həmin taborda hadisə baş verib, bütün taboru yığıb aparıblar, işgəncə veriblər. Həmin tabora gedib-qayıtmışdıq deyə, bildik ki, bizi də gəlib aparacaqlar. Elə də oldu”.
Zərərçəkən ifadəsində onu da deyib ki, Mingəçevirdəki N saylı hərbi hissədə işgəncələr veriləndən sonra ona və işgəncə görmüş başqa hərbçilərə bir kağıza qol çəkdiriblər ki, 5 il ölkədən çıxmaq, müayinə üçün harasa müraciət etmək olmaz.
O, hakimin “tələbiniz nədir” sualına “daha yüksək rütbəli şəxslərin cəzalandırılmasını tələb edirəm”, - deyə cavab verib.
“İşgəncə verənlərə Hikmət Həsənov əmr verib, işçgəncələrdə müstəntiqlərdə olub”
Sonra zərərçəkən Faiq Əhmədov ifadə verib. O, N saylı hərbi hissənin tağım komandiri olub. Deyib ki, Goranda təlimdə olarkən ona məzuniyyətə çıxdığı bildirilib. O da silahını təhvil verib:“Silahı təhvil verib “UAZ”a mindim. Gördüm ki, arxada maskalılar oturub. Gördüm ki, yol da dəyişdi, başqa yerə sürürlər. Bir az getmişdik ki, maşını saxlayıb, məni yerə atdılar, təpiklədilər, əl-qolumu bağladılar. Qərargahın qabağına apardılar. Dedilər, Hikmət Həsənov gələcək, ona cavab verəcəksən. Sonra Hikmət Həsənov da gəldi, dedi, vətənə xəyanət eləmisən. Mən vəkil tələb etdim. Dedi, aparın bunu, başa salın, ağlı başına gəlsin. Məni içəri aparanda insanların ah-naləsini eşidirdim. Orda Mehman Hüseynovu gördüm. (İşgəncələrdən dünyasını dəyişmiş manqa başçısı Mehman Hüseynov nəzərdə tutulur). Deyəsən ona butulka edirdilər, çünki “ay ana, öldüm” deyib, bağırırdı”.
Faiq Əhmədov deyib ki, ona işgəncə verib, hərbçi yoldaşı Sultan Zeydullayevin üzünə durğuzublar: “Deyirdilər ki, ikiniz birlikdə erməniyə getmisiz”.
Zərərçəkən ifadə verərkən məhkəmə salonundakı başqa zərərçəkən Bariz Cəfərov yerindən qışqırdı: “Bu adam and içdi ki, düz danışacaq, amma səhv danışdı. Mən də daxil, çox adamın üzünə durub. Kazımov Süleyman bu adamın üzündən işgəncələrdən öldü”.
Faiq Əhmədov: “Süleymanı orda görmüşəm, çox işgəncə verilmişdi, ancaq mən onun üzünə durmamışam”.
Bariz Cəfərov: “Bu adam bizim üzümüzə durub, ona görə Süleyman ölüb. İndi gəlib bizimlə burda, bizim yanımızda oturub. Necə olur ki, mən də zərərçəkən sayılıram, o da”.
Faiq Əhmədov: “Oradahamı bir-birinin üzünə dururdu. Elə işgəncələrverirdilərki, dözməkolmurdu. Mənxoşluqlaheç kimin üzünə durmamışam. Heç kimxoşluqlabir-birinin üzünə durmayıb. AmmaDTX-də yazdırandademişəmki, oifadələrnə yollaalınıb. Mənimdə üzümə duran çoxolub”.
Faiq Əhmədov ifadəsinin sonunda deyib ki, işgəncə verənlərə Hikmət Həsənov əmr verib, işçgəncələrdə müstəntiqlərdə olub. Onların da məsuliyyətə cəlb olunmasını tələb edib. O, bununla bağlı məhkəməyə vəsatətdə verib.
Hakimsə deyibki, indikimərhələdə vəsatətə baxılabilməz: “Vəsatətirəddetmirik, ancaqbaxılmasını təxirə salırıq. Sizinvəsatətdə göstərdiklərinizə münasibətbildirmək üçüngərəkəvvəlcə bütünifadələralınsın”.
Sonra Bariz Cəfərov zərərçəkənkimiifadə vermək üçün tribunaya dəvət olunub. O, tribunaya yaxınlaşsa da, ifadə vemək istəməyib.
Bariz Cəfərov:“Mən 6 ildir ki, əziyyət çəkirəm. Verilmiş işgəncələrin izi hələ də bədənimdədir. Bura gəlməmişdən sizi də (hakimi) araşdırdım. Siz də Tərtərdə müstəntiq işləmisiz, sizə də inanmıram. Heç kimə inamım qalmayıb”.
Hakim: “Siz düz araşdırmamısız. Mən bircə gün də müstəntiq işləməmişəm. Bir az da təmkinli olun, bura məhkəmədir.
Bariz Cəfərov: “Mən bu adamları tanımıram. Maşıyevgilin işi gəlib bura. Onda çağırarsız, gəlib ifadə verərəm. Mənə onlar işgəncə verib”.
“Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi”
Maraqlı ifadələrdən biri Yusif Əsədovun idi. Çünki “Tərtər işgəncələri” adlı səhifə onun olduğu bölükdən açılıb. Zərərçəkən özü də bu barədə danışıb: “Bilirsiniz ki, hər şey bizim bölükdən başlayıb. Mənim tabeliyimdə olan əsgər Turan İbrahimli aprelin 28-də gecə saat 12-də silahı da götürüb döyüş postunu tərk etmişdi. Mən həmin vaxt istirahət edirdim. Xəbər verdilər ki, əsgər yoxdur. Axtarışa başladıq, qərargaha xəbər verdik. Onu minalanmış ərazinin yaxınlığından tapdıq. Soruşduq ki, niyə o tərəfə keçmək istəyirdin? Gah dedi, leytena tyoldaşımızın intiqamını almaq istəyirdim, gah dedi, başımdan vurdular, məni havayla apardılar o tərəfə... Sabahı gün mənə hərbi hissədən zəng gəldi, dedilər ki, əsgər İbrahimlini guya incitmişəm. Sonra da onun üçün məzuniyyət kağızı yazmağımı tapşırdılar. Sabahı gün Mehman Hüseynovun manqasına gəlib axtarış apardılar, onları yığıb apardılar. Sonra gəlib bizim taboru da mənimlə birlikdə döyüş postundan aşağı düşürtdülər. Məni qırmızı maşında aparırdılar. Yarı yolda düşürüb, “UAZ”a mindirdilər. Bizi köhnə briqdaya apardılar. İçəri girən kimi Mehmanın manqasını gördük. Onun manqasındakı əsgərlərin hamısını çılpaq soyundurmuşdular. Sonra həkimlər bizi də müayinə etdilər. Hərbi polisin rəisi, hərbi prokuror, general Hikmət Həsənov - hamısı orada idi. Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi. Mehmana o qədər işgəncə verilmişdi ki, demək olar, ölmüşdü. Hikmət Həsənov Mübariz Rzayevə tapşırdı ki, apar bunu. Mübariz Rzayev məni aparanda Mehman yerdə işgəncələrdən hərəkətsiz vəziyyətdə qalmışdı. Dedim, Mehmanı niyə bu günə qoyublar? Mübariz Rzayev dedi, darıxma, səni də o günə qoyacaqlar. Məni maskalılara verdi, işgəncələr başladı, başıma dəsmal keçirdib, suda boğdular, toka verdilər.
Qonşu otaqda Babək Əliyevə işgəncə verilirdi. Səsi gəlirdi. Babək milli qəhrəman Mübariz İbrahimovun xalası oğludur. Babəkə deyirdilər ki, denən erməniyə keçmisən. Denən vətən xainisən. Mübariz də sənin kimi vətən xaini olub”.
Babək Əliyev də zərərçəkəndir və məhkəmə zalında idi. Ayağa qalxaraq deyilənləri təsdiq etdi. Ancaq həm də dedi ki, zərərçəkən Yusif Əsədova görə işgəncəyə məruz qalıb.
Yusif Əsədov belə cavab verib: “Orada hamı kimə görəsə işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən 18 ay həbsdə olmuşam. Məqsədim yalan danışmaq olsaydı, orada da deyərdim”.
Vəkil Əhməd Fərhadov Yusif Əsədova işgəncələrlə bağlı suallar verib. Əhməd Fərhadov vaxtilə Yusif Əsədovun vəkili olub, hazırda isə təqsirləndirilənlərdən birinin vəkilidir.
O, Yusif Əsədova bəzi məsələlərdə yalan danışdığını deyəndə Yusif Əsədov belə cavab verib: “Siz o vaxt mənim vəkilim idiz, hər şeyi də yaxşı bilirsiz. İşgəncə izləri hələ də bədənimdə qalıb, açıb göstərə də bilərəm.
Hakim üzünü vəkilə tutur: “Fərhadov, sizin hərəkətiniz etik deyil. Vaxtilə bu adamın vəkili olmusunuz, nəyə lazımdır ki, o vaxt müvəkkilinizlə bağlı olanları indi burda ona qarşı deyirsiniz?”
Hakim Yusif Əsədova sual etdi: “Siz kiminsə üzünə durmusunuz?”
Yusif Əsədov: “Allahverdiyev Elmarın üzünə durmuşam, ikimizə də işgəncə verilib, bir-birimizin üzünə durmuşuq, guya erməniyə getmişik”.
Sonra zərərçəkən Bəhruz Novruzovun nümayəndəsi olan anası Aygün Novruzova ayağa qalxaraq təqsirləndirilən şəxs Rüstəm Ələsgərova sual verib: “Oğlum sənin adını çəkir. Bilmək istəyirəm ki, sənə kim göstəriş vermişdi ki, oğluma işgəncə verəsən?”
Rüstəm Ələsgərov: “Sizin oğlunuzla məni 2018-ci ilin yanvarında üzləşdirdilər, məlum oldu ki, onun məndən şikayəti əsassızdır. Burada artıq yeddinci məhkəmə iclası keçirilir, hələ heç bir zərərçəkmiş deməyib ki, mən ona işgəncə vermişəm”.
İşgəncələrdən dünyasını dəyişmiş Elçin Quliyevin hüquqi varisi (anası) Validə Əhmədova: “Fərzəliyə də işgəncə vermisən”.
Rüstəm Ələsgərov: “Fərzəli burada ifadə verəndə də dedi ki, guya onu döymüşəm. Onu da ehtimalla dedi, dəqiqliklə demədi.
Üzünü hakimə tutub deyir: “Ümumiyyətlə, mən işgəncə verilən binanın mühafizəsində olmuşam, içəri girməyə icazəm, səlahiyyətim olmayıb. Ancaq boynuma ölüm işləri qoyublar. Guya mən 5 gün ərzində 100 adama işgəncə vermişəm. Mən nəyəm bəyəm, Remboyam?”
Proses boyunca 115 nəfər zərərçəkmiş dindirilib. Məhkəmə iclası bundan sonra təxirə salınıb.
Xəbərin oxunma sayı : 1741
loading...
Gündəm
Xəbərlər
-
Bakıda bu poliklinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı - RƏSMİ
-
Prezident xəbərdarlıq etdi - “Bizim səbrimizlə oynamasınlar!...“
-
“Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar” - Ərdoğan
-
“Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik“ - Azərbaycan Prezidenti
-
Sərsəng su anbarı Azərbaycanın nəzarətinə keçdi - Rəsmi açıqlama
-
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir - FOTOLAR
-
“Ermənistan danışıqları vaxt uzatmaq üçün aparırdı“ - Hakan Fidan
-
Rusiya “Taliban“ın tanınması şərtini açıqlayır -inklüziv hökumət qurulmalıdır
-
Pomidorun qiyməti niyə bahalaşır? - FOTO
-
Ermənilər memorial kompleksi silah anbarı kimi istifadə ediblər – VİDEO
-
Yağış, duman, külək – Sabahın havası
-
Zəngilan şəhərinə qayıdışın tarixi açıqlandı
-
Xocalıya qayıdış üçün hazırlıq işlərinə başlanılıb - FOTO
-
“Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir“ - İlham Əliyev
-
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır - DETALLAR
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
-
“Vaqner” xüsusi hərbi təşkilatının üzvləri yenidən Ukraynaya qayıdıb“ - Britaniya MN
-
Qarabağ bölgəsində külli miqdarda silah-sursat aşkar edilib - VİDEO
-
“Evimiz İpoteka” MMC vətəndaşlara kələk gəlir? - ŞİKAYƏT
-
Prezident Zəngilanda keçirilən Forumda iştirak edir - FOTO
-
Qənirə Paşayeva dəfn edildi - FOTOLAR + VİDEO
-
Azərbaycan polisi Xankəndidə - VİDEO
-
“Hərbi xidmət əleyhinə olan cinayətlər 31,9 % azalıb“ - Xanlar Vəliyev
-
“Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir“ - Hikmət Hacıyev
-
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Neftimiz ucuzlaşdı – 101 dollar oldu
-
Xocavənd şəhərindən ilk görüntülər - VİDEO
-
Kimlər quru yollarından istifadə edə bilər? - RƏSMİ
-
Blinken Bayden və Putin görüşü barədə: “Heç vaxt “heç vaxt” demə!”
-
Səudiyyə Ərəbistanından daha bir gözlənilməz gediş - Futbolçulardan sonra bu dəfə hakimlər hədəfdə
-
Dələduzluq edən keçmiş prokuror - “Mərc oyunlarına meyilli idim”
-
Rusiyada insan haqqı: yeni hesabat yayılıb
-
Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib - ADLAR
-
Nazirliyin 2.5 milyonluq tenderdə qalib elan etdiyi 72 yaşlı Xanım nənə kimdir? - ŞOK TƏFƏRRÜAT
-
Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürdü
-
İlham Əliyev Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub - FOTOLAR
-
Qənirə Paşayeva vəfat etdi - Dəfn yeri açıqlanıb
-
“Ən mənfi nəticələrə gətirib çıxaracaq” – Rusiya Ermənistanı hədələdi
-
ATU-nun 2 milyonluq yataqxana təmiri - Qalib 6 manatlıq şirkətdir
-
“Cahangirbəyli” SES-in açılışı oldu – Fotolar
-
Mütəxəssisdən xəbərdarlıq: “Koronavirusun yeni variantına vaksin kömək etməyə bilər”
-
Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub - FOTOLAR
-
Kadırovun oğlu “Quran”ı yandırdığı üçün döydüyü aktivistlə bağlı ilk paylaşım etdi: “Məni görəndə...” - FOTO
-
Sosial şəbəkələrdə vətəndaşları ucuz mobil telefon adı altında talayan şəxs saxlanılıb - VİDEO
-
Alıbəyli kəndinin təməli qoyuldu – Fotolar
-
Xankəndi sakini illər sonra öz torpağında yanğını söndürdü - FOTO
-
“Gərək Söyüdlü sakinlərini öncədən məlumatlandıraydıq” – Şirkət rəhbəri
-
“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi” - Selçuq Bayraktar
-
PA Qarabağda yaşayan ermənilərə müraciət etdi - Qeydiyyata alınacaqlar
-
“Ölkə prezidenti ilə aramızdakı minimal inam da itib“ - Baş nazir
-
Ermənilər istədi, Xankəndiyə 30 avtobus göndərildi – Rəsmi
-
Ukraynaya silah verilməsində fikir ayrılığı - “Pentaqonla Dövlət Departamentin mövqeyi fərqlidir”
-
Antiterror əməliyyatları zamanı şəhid olanların kredit borcu SİLİNDİ
-
“Ermənistanın bu addımı Rusiyaya qarşı düşmənçilikdir” – Kreml
-
Zidan Bekhemlə görüşdü: Messini çalışdıracaq?
-
“Rəqabət Məcəlləsinin təkmilləşdirilməsində çox dərinə getmək lazım deyil” - Əli Məsimli
-
“Erməniləri yaşayış yerlərini tərk etməməyə çağırırıq” – Azərbaycan XİN
-
İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub - FOTO
-
“Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin sayı 3 315-ə çatıb“ - Agentlik sədri
-
“Ermənilərin Qarabağdan köçməsi ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur” – XİN
-
Dövlətə xəyanətdə təqsirləndirilən sayt rəhbərinə cəza verildi - 17 il
-
Prezident Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub - FOTO
-
Burkina-Fasoda dövlət çevrilişinə cəhd: Hərbçilər həbs edildilər
-
İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib - FOTO
-
General-mayorun birinci müavini işdən çıxarıldı - Nazirin qohumudur
-
Vitali Balasanyan yaşadığı yeri açıqladı: “Əsgərandayam”
-
Prezident Cəbrayıl rayonuna səfər edib - FOTO
-
Xocalıda müsadirə edilən silah və sursat – VİDEO
-
Azərbaycan polisi Xankəndidə - VİDEO
-
Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri: Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?
-
Vardanyana üç maddə ilə ittiham irəli sürüldü - DTX məlumat yaydı + VİDEO
-
Polis əməliyyat keçirdi - Saxlanılanlar var
-
Qarabağda seperatçı qurum özünü buraxdı - Şahramanyan elan etdi
-
David Babayan könüllü olaraq Azərbaycana təslim oldu - Şuşaya gəlib + FOTO
-
Nikahdankənar doğulan uşaqların sayı artır - səbəb...
-
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Komaya düşən Qənirə Paşayeva necədir? - Yeni açıqlama
-
Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - VİDEO
-
Səyahət üçün dünyanın ən yaxşı şəhərləri – SİYAHI
-
Paytaxt sakinlərinə sudan istifadə etmədikləri halda cərimə yazılıb? - İDDİA + VİDEO
-
Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir
-
Şakira ilə bağlı araşdırma aparılacaq - Dələduzluqda ittiham olunur
-
“Vəzifəmizi yerinə yetirməyə çalışacağıq” - De Byazi
-
Lavrovdan Paşinyana hədə dolu tövsiyə... - “Həmin şəxslərin taleyi heç də yaxşı olmadı“
-
Kennedi ABŞ-də 11 sentyabr aktının terror olduğundan şübhələndi: “Orada kəşfiyyat ofisləri var idi”
-
Azərbaycanın məşhur şirkətinin vergi borcu 14 milyona çatdı - Böhranın səbəbi nədir?
-
Ceyhun Bayramovla Lavrov danışdı - Qarabağdakı vəziyyəti müzakirə ediblər
-
İlhamla Fərizənin sevgi dastanı təkrarlandı - VİDEO
-
Bu şirkət 33,7 milyonluq tenderin qalibi oldu – Ağdamın kəndində ev tikəcək
-
“Əməliyyat ildırım sürəti ilə həyata keçirilib“ - Elçin Əmirbəyov
-
Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasına nail olmağa çalışır – Hikmət Hacıyev
-
Göygöldə 829 minlik yol təmiri - Qalib şirkət kimindir?
-
“Buna görə Ermənistan dini lideri ilə görüşümüz hələlik mümkün deyil” - Allahşükür Paşazadə
-
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilib - FOTO/VİDEO
-
“TikTok”da bir-birilərini söydülər, Bakıdan Şəmkirə “söhbət”ə getdi, əlini bıçağa atdı
-
Bakıda məşhur şirkətin sahibinə hökm oxundu: 14 mərtəbəli bina necə 17 mərtəbə olub?
-
Prezident İlham Əliyev ABŞ-nin rəsmi nümayəndələrini qəbul edib - VİDEO
-
İnflyasiya ilə bağlı proqnoz: Qiymətlər necə olacaq?
-
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır - Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq
-
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… - Hüquqi analiz
-
“Karabakh Telecom”un fəaliyyəti dayandırıldı - “Ümid edirəm serverlərini Ermənistana daşımağa imkan tapmayıblar”
-
Azərbaycan sərhədçiləri Qarabağın erməniəsilli sakinlərinə su və şirniyyat paylayıblar - FOTO
-
Zəfər parkı belə olacaq - Detallar açıqlandı
-
Ərdoğandan Anım Günü ilə bağlı paylaşım – FOTO
-
Koronavirusdan daha təhlükəli pandemiyanın ilk işartısı: Vyetnamda insandan insana keçdi
-
Xocalı yaxınlığında səhra hospitalı qurulacaq – FHN
-
Türkiyə XİN Xankəndidəki partlayışla bağlı bəyanat YAYDI
-
İki dost, qardaş və müttəfiq ölkə əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək görüş
-
Ruben Vardanyan belə saxlanıldı - VİDEO
-
Ermənilərin Qarabağdakı daha bir “abidəsi” sökülür - VİDEO
-
Daha bir konqresmen haqda qalmaqallı məlumatlar yayıldı - Milyonlarla dolları kommersiya şirkətlərinə yönəldib
-
Vardanyan Laçın postunda saxlanıldı - Bakıya gətirildi (RƏSMİ)
-
“3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdi“ - Ceyhun Bayramov
-
Prezident BMT rəsmisini qəbul etdi - FOTO
-
İraqda 100-dən çox insanın həlak olduğu toydakı faciəyə görə matəm elan edildi - FOTO/VİDEO
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
“Moskva ilə İrəvan arasında razılaşmaların həyata keçiriləcəyinə ümid edirik” - Rusiya XİN
-
Beyləqanda şəhidlərin xatirəsi anılıb - FOTOLAR
-
Şəhid olanlardan ikisi polkovnik-leytenantdır - FOTO
TOP 10
ARXİV