Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Çox zəngin intim həyatım olub” - Gürcüstan prezidentinin açıqlaması

Tarix 15.03.16, 3:48

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanda bir həftə ərzində sosial şəbəkələrdə siyasətçi qadının intim videolarının yayılması qalmaqallara səbəb olub. Bu barədə Qafqazinfo.az saytı yazıb. 

11 martda sabiq xarici işlər naziri Maya Pancikidzenin intim videosu internetdə yayılıb. YouTube bir saat ərzində həmin videoları silsə də, bəzi saytlar onun yayımını davam etdiriblər. 

Gürcüstanın baş prokurorluğu YouTube –da respublikanın XİN-nin sabiq başçısı Maya Pancikidzeyə oxşayan qadının çəkildiyi videogörüntü yayımlanandan sonra cinayət işi qaldırıb.

Cümə günü, martın 11-də internetdə yerləşdirilmiş videoyazıda kişi və Maya Pancikidzeyə oxşayan qadının intim görüntüləri qeydə alınıb.

«Eхо Каvкаzа» dəqiqləşdirir ki, videogörüntü «YouTube» administrasiyası tərəfindən artıq bağlanıb.

Gürcüstan prokurorluğu artıq «şəxsi həyata aid informasiyanın qeyri-qanuni yayılması» faktı ilə bağlı təhqiqata başlayıb.

Pancikidze 2014-cü ilin noyabrında Xarici işlər naziri vəzifəsindən istefaya gedib. Gürcüstanın XİN-nə o, 2012-ci ilin oktyabrından başçılıq edib.

Artıq Gürcüstan Baş prokurorluğu “şəxsi həyata dair informasiyanın qanunsuz yayılması” ilə bağlı araşdırmaya başlayıb.

Baş verən qalmaqalla bağlı ölkə prezidenti də açıqlama vermək məcburiyyətində qalıb: “Bu gün açıq şəkildə deyə bilərəm ki, seks və seks həyatı ayıb deyil. Şəxsən mənim də seks həyatım var, çox zəngin seks həyatım olub və gələcəkdə də olacaq... Bu iyrənc videonu yayan istənilən insan cəzalandırılacaq. Seksual həyat iyrənc deyil, iyrənc olan onu çəkməkdir”.





Xəbərin oxunma sayı : 79




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap