Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

66 yaşlı kişi Xaçmazdan Bakıya gəlib qızını niyə öldürdü? - BİR QƏTLİN TARİXÇƏSİ + FOTO

Tarix 25.03.22, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Qısa arayış…

Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Ələkbər Bağırov qızı İradə Paşayevanı boğaraq öldürüb. O, bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq məlumat verib. Həmin növbətçi hissədən Xətai rayon Prokurorluğuna daxil olan məlumata görə, hadisə 2020-ci il dekabrın 30-u saat 10:30-da baş verib.

Məlum olub ki, hadisə Rəşid Bağırov küçəsi 36/80 ünvanda yerləşən evdə baş verib. Ünvana baxış zamanı mətbəxdə, xalçanın üzərində arxası üstə qadın meyiti aşkar edilib. Qana bənzər ləkələrdən nümunələr, 2 ədəd idman qanteli və mərhuma məxsus mobil telefonlar qablaşdırılaraq götürülüb. 

Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İradə Paşayevanın ölümünə - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub. Mərhum başının arxa hissəsindən dəmir alətlə ağır xəsarət aldığından, boğularkən artıq özünü müdafiə edə bilməyib.

Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, dekabrın 25-də İradə Paşayevanın həyat yoldaşı Rövşən Paşayev Ələkbər Bağırova zəng edib, arvadının mobil telefonla müxtəlif kişilərlə danışıb, görüşməsinin şahidi olduğunu və buna görə ayrılmaq niyyəti ilə yaşadığı evi tərk etdiyini deyib. Xəyanət edib-etməməsini araşdırmaq məqsədi ilə ayın 30-da onların evinə gələn Bağırov dəhlizdə yerdən idman qantelini götürüb, mətbəxə keçib və arxadan İradə Paşayevanın baş nahiyəsinə bir dəfə zərbə endirib. Ardınca, yerə yıxılmış qızının boğaraq öldürüb. 

İş üzrə dindirilmiş Ələkbər Bağırov bildirib ki, qızı İradə birinci dəfə ailə qurduğu ərindən boşanıb, həmin nikahdan olan bir uşağı yoldaşının himayəsində qalıb. Bundan bir müddət sonra, 2004-cü ildə İradə Rövşən Paşayevlə ailə qurub, bu nikahdan 2 övladı dünyaya gəlib:

“Ailəmlə Xaçmaz rayonunun Gödəkli kəndində yaşayırdım. Qızım isə ailəsi ilə Bakı şəhərinin Xətai rayonunda yaşayıb. İlk vaxtlar İradə ilə Rövşən mehriban dolanıblar, amma təxminən 2 il əvvəl kürəkənim qızımın kənar şəxslərlə telefonla əlaqə saxlamasından şübhələnib. Aralarında narazılıq yarandığından, rayondan gəlib, onları barışdırdım. 2020-ci il dekabrın 25-i saat 23 radələrində Rövşən mənə zəng vurdu. İradənin telefonunda başqa şəxslərlə yazışmalarının olduğunu, ona görə də, uşaqlarını götürüb, anasıgilə getdiyini və arvadının evdə tək qaldığını dedi. Məsələni araşdırmaq üçün ayın 26-da oğlum Bakıya yollandı, amma qızımı evdə tapa bilmədiyi üçün həmin gün rayona qayıtdı. 3 gündən sonra məcbur olub təkcə paytaxta gəldim. İradə ilə evində görüşdükdə, qızım telefonda heç kəslə yazışmadığını dedi. Gecə onun evində qaldım. Dekabrın 30-u səhər saat 9 radələrində oyanıb, çay içdikdən sonra, İradəyə “əgər günahkar deyilsə, qayınanasıgilə getməsini və bu məsələni həll etməsini” dedim. Amma qızım heç yerə getməyəcəyini söyləyərək, mənə kobud cavab qaytardı. Şəxsi işlərinə qarışmamağımı deyərək, məni təhqir etdi.

İradənin günahkar olduğunu hiss edərək, onu öldürmək qərarına gəldim. Dəhlizdə yerdə olan idman qantelini götürüb, mətbəxə keçdim. Arxadan yaxınlaşaraq baş nahiyəsinə güclü zərbə vurdum. Yerə yıxıldıqdan sonra, üzərində oturaraq əllərimlə boğazından tutub, onu boğdum. Daha sonra evdən çıxaraq, yaxınlıqdakı polis şöbəsinə getdim. Yolda oğluma və qaynıma zəng edib, İradəni öldürdüyümü və polisə təslim olmağa getdiyimi dedim”. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Zərifə Bağırova ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı, mərhum isə qızı olub. Baş vermiş hadisədə günahı qızında görür:

“Ərim təqaüdçüdür, ondan əvvəl kənd bələdiyyəsində işləyib, kənd sakinləri ona böyük hörmət bəsləyirlər. Dekabrın 25-i saat 23 radələrində kürəkənim ərimə zəng vurub İradənin 2-ci mobil telefonunu tapdığını, həmin telefonda arvadının gizlin yazışmalarını və yaxın vaxtlarda boşanacağını demişdi. Rövşən eyni sözləri zəng edib oğluma da dedi və hətta telefonuna sübut olaraq bacısının yazışmasını göndərdi. Yaranmış vəziyyətlə əlaqədar evimizdə böyük narahatçılıq yarandı, mən İradə ilə danışmaq istəsəm də, qızım zənglərə cavab vermədi. Ona görə də, ayın 26-da Rövşənlə İradəni barışdırmaqdan ötrü oğlum ilə ərim Bakıya getdilər. Amma evdə heç kimi tapmadıqlarından geri qayıtdılar. 3 gündən sonra ərim tək şəhərə yollandı və dekabrın 30-da oğluma zəng edib, İradəni öldürdüyünü xəbər verdi”. 

Şahid Rövşən Paşayev ifadəsində göstərib ki, o, 1996-99-cu illərdə Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində mühafizəçi vəzifəsində işləyib. İşdən çıxdıqdan sonra fərdi əməklə məşğul olub:

“Xaçmaz rayonundan olan qohumlarımgilə gedəndə, orada İradəni görüb bəyəndim və 2004-cü ildə onunla evləndim. Ailəmlə Xətai rayonunda, NZS qəsəbəsindəki həyət evində yaşayırdım. Nikahdan iki övladımız var. İradə fərdi qaydada evlərdə təmizlik işləri görürdü. Ailəmizdə problem olmayıb. Amma 2018-ci ilin fevral ayında arvadımın telefonuna çoxlu mesaj və zənglərin gəldiyini, qadının ismarıcları məndən gizlətdiyini, zənglərə isə başqa otağa keçib, cavab verdiyini gördüm. Müxtəlif bəhanələr gətirərək telefonunu məndən gizlədirdi. Günlərin bir günü fürsət tapıb İradənin telefonuna baxanda, müxtəlif kişilərdən çoxlu mesajlar və zənglər gəldiyini gördüm. Qayınatam və qayınanamı rayondan Bakıya çağırdım. Arvadım üzr istəyərək birdə belə bir şeylər etməyəcəyinə söz vermişdi. İradəni sevdiyimdən, həm də uşaqları balaca olduğundan onu bağışladım. Hadisədən 3-4 ay əvvəl yenidən yoldaşımın telefonuna zənglər və mesajlar gəldiyini hiss etdim. İradə hamam otağında olanda, döşəyin altından telefonu tapdım. Onun başqa şəxslərlə ünsiyyətdə olduğunu görərək, ismarıcları və fotoşəkilləri onun telefonundan öz telefonuma ötürdüm. Arvadımın xəyanət etdiyinə tam əmin oldum. Mübahisə etdikdən sonra uşaqları götürüb, anamgilə getdim. Dekabrın 26-da qaynım mənə zəng edərək, evimizin qarşısında dayandığını, amma  qapının bağlı olduğunu dedi. Mən də evə gələrək, qapını açdım. Qaynım İradə ilə aramızda olan məsələni aydınlaşdırmaq üçün gəldiyini demişdi. Mən bir daha İradənin hərəkətləri barədə qaynıma məlumat verərək, boşanacağımı söylədim. Qaynım İradəyə zəng etsə də, onun telefon nömrəsi bağlı oldu. Ayın 29-da axşam qayınatam zəng edib, mübahisəni həll etməkdən ötrü gəldiyini bildirəndə, evə gəlməyəcəyimi, qızını boşayacağımı və qərarımın qəti olduğunu dedim. Növbəti gün qaynım zəng vuraraq, atasının İradəni öldürdüyünü və polisə getdiyini xəbər verdi”.

Şahid əlavə edib ki, qayınatasına böyük hörməti var, o namuslu insandır. Ürəyi, qızının əxlaqsız hərəkətlərini götürə bilmədiyi üçün bu cinayəti törədib.   

Mərhuma məxsus mobil telefondan köçürülmüş görüntü və mətnlərdən, İradə Paşayevanın “Hafiz, İsrail, Namiq, Abdullah” adlı şəxslərlə tanışlıq və sevgi xarakterli yazışmaları olması müəyyən olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Bağırov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.



Xəbərin oxunma sayı : 943




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap