Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

650 minlik avtomobillərin sahibi bilindi - FOTO

Tarix 25.02.18, 19:23

Font ölçüsü : - / +
bitmap-img6


Dünən iqtisdaçı alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus" şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes–Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb.
 
"Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır" - deyə iqtisadçı yazır.
 
Qaynarinfo-ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.
 
Bu cür bahalı avtomobillərin kolleksiyasına sahib olan Vahid Axundov öz hobbisi ilə dəfələrlə mətbuatın gündəminə gəlib.
 
Atası mətbuata açıqlamasında oğlunun bahalı avtomobilləri ilə bağlı belə reaksiya vermişdi: "Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”
 
Həmin avtomobillərdən bəzilərin şəkillərini təqdim edirik.
 
Onu da əlavə edək ki, "Brabus" şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobillərin sayı Azərbaycanda onlarladır. Hətta instagramda bununla bağlı xüsusi səhifə də mövcuddur. O avtomobillərin də şəkillərindən bəzilərini təqdim edirik.




bitmap-img6





Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap