Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

2 saylı doğum evinin baş həkimi YAP-dan çıxarılacaq? - Video

Tarix 23.02.18, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək prezident seçkilərindən əvvəl Mehriban Abasquliyevanı partiyanın imicinə xələl gətirdiyi üçün sıralarından azad edəcək.

Aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının imicinə ciddi xələl gətirəcək hadisə baş verib. Belə ki, partiyanın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın baş həkim olduğu Sabunçu rayon, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında hamilə qadınlardan rüşvət tələb olunduğunu özündə əks etdirən videogörüntülər yayılıb.

Ölkənin bir çox xəstəxanalarında bu cür neqativ hallarının baş verməsinə baxmayaraq, 2 saylı Doğum Evində baş verənlər daha böyük rezonans doğurub. Buna səbəb isə bu xəstəxanada işçilərin vətəndaşlardan rüşvəti açıq-aşkar tələb etməsidir. 2 saylı Doğum Evinin işçilərinin bu "arxayınlığı" görünür baş həkimlərinin Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri olması ilə əlaqədardır. Hər halda belə düşünmək üçün müəyyən əsaslar var.

Qeyd edək ki, Mehriban Abasquliyeva 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında hamilə qadınlardan rüşvət tələb olunması ilə bağlı yayılan videonun tez bir zamanda sosial şəbəkələrdən və onlayn mediadan yığışdırılmasına çalışsa da, buna nail ola bilməyib. Məlum video çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən sürətlə yayılıb və ciddi müzakirələrə səbəb olub. 

Əldə etdiyimiz məlumata görə bütün qüvvəsini prezident seçkilərinə səfərbər edən hakim partiyanın katibliyinin də Mehriban Abasquliyevanın baş həkim olduğu xəstəxanada çəkilən videodan xəbərləri var. Hətta deyilənlərə görə məlum hadisəyə görə Mehriban Abasquliyevanın partiyaya çağırıldığı və ciddi formada tənbeh olunduğu deyilir. 

AzFakt.com xəbər verir ki, qlobal.az-a daxil olan məlumata görə Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək prezident seçkilərindən əvvəl Mehriban Abasquliyevanı partiyanın imicinə xələl gətirdiyi üçün sıralarından azad edəcək və daha sonra bundan təbliğat kampaniyasında qismən istifadə ediləcək.










Xəbərin oxunma sayı : 1789




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap