Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

29 günlük futbol bayramı başlayır

Tarix 20.11.22, 8:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Sayca 22-ci mundial Qətərdə baş tutacaq.

Bütün dünyanın diqqət mərkəzində olacaq futbol bayramı 29 gün davam edəcək. Seçmə mərhələni adlayan planetin 31 ən güclü komandası və meydan sahibləri dünyanın ən güclüsünü müəyyənləşdirəcək.

Yeri gəlmişkən, bu, 32 komandanın iştirakı ilə son dünya çempionatı kimi tarixə düşəcək. DÇ-1998-dən başlayaraq ardıcıl 7-ci dəfə mundialda bu sayda komanda aparacaq. Artıq 2026-cı ildə ABŞ, Meksika və Kanadanın qəbul edəcəyi yarışda bu rəqəm 48-ə çatdırılacaq.

İlk dəfə dünya çempionatına ev sahibliyi edəcək Qətərdə 64 qarşılaşma baş tutacaq. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.

Bu turnir dünya çempionatları tarixinə ən kompakt mundial kimi düşəcək. Düzdür, oyunların keçiriləcəyi 8 stadion 5 fərqli şəhərdədir. Lakin paytaxt Doha ilə bu şəhərlər arasındakı məsafə o qədər kiçikdir ki, azarkeşlər qrup mərhələsinin 48 oyunundan 30-nı izləyə bilər. Yalnız eyni saatda başlayacaq son turun görüşlərindən biri seçilməli olacaq.

Kompakt çempionatın stadionları arasında ən uzaq məsafə 56 km-dır. Ən yaxın arenaları isə cəmi 5,6 km ayırır. Bütün idman qurğularının yanında metro stansiyalarının olması da azarkeşlərin işini asanlaşdırır. Çempionat üçün qısa müddətdə 39 yeni stansiyanın inşa olunması da buna xidmət edir.

Dünyanın ən güclü adı uğrunda mübarizədə əvvəllər bu titulu qazanan 8 komandadan yeddisi iştirak edəcək. Yalnız dördqat çempion İtaliya final mərhələsinə televiziya ekranlarından baxmalı olacaq. Bu mükafata beş dəfə yiyələnən Braziliya, dörd uğuru olan Almaniya, iki çempionluq yaşayan Argentina, Uruqvay, Fransa, həmçinin hərəyə bir dəfə ən güclü olan İngiltərə ilə İspaniya yenə titul arzusundadır.

Mundialın əsas favoritləri də məhz sabiq çempionlardır. Uruqvay istisna olmaqla digər 6 çempion yenə qızıl medala namizəd hesab olunur. Heç vaxt bu titulu qazanmayanlardan yalnız Niderland, Belçika və Portuqaliyanın adı ara-sıra favoritlərlə yanaşı hallanır. Təbii ki, ikinci dərəcəli namizədlər sırasında. Kriştiano Ronaldo formada olmasa da, Portuqaliyanı arxasınca daşıya biləcəyinə inananlar az deyil. Həm o, həm də XXI əsrin digər ən yaxşısı Lionel Messi üçün son dünya çempionatı olacağını söyləmək olar. Zəngin karyeralarında hər cür titul qazanan cütlük yalnız dünya çempionluğuna həsrətdir.

Avropa və Cənubi Amerika nəhənglərinin favoriti olduğu mundialda sürprizlərin qeydə alınması da qaçılmazdır. Amma bu sürpriz komandalar adətən 1/8, 1/4 final mərhələlərinə qədər irəliləyə bilir. Bu mənada əsas diqqət Afrika yığmalarına yönələcək. Təbii ki, Avropa və Cənubi Amerikanın digər komandaları da təəccübləndirmək gücündədir. Digər konfederasiya təmsilçilərindən böyük uğur gözləmək sadəlövhlük olardı.

İlk dəfə dünya çempionatı yay fasiləsində deyil, mövsümün gedişində keçiriləcək. Bu da futbolçuların ağır mövsümdən sonra yorğun olmaması, əksinə tam formada olacağından xəbər verir. Təbii ki, çempionat öncəsi fasilənin yaranmaması əksər ulduzların zədəsini sağalda bilməməsi üzündən yarışdan kənar qalmasına da səbəb olub.

Futbolsevərlər çempionatın startında ardıcıl 17 gün bayram həyəcanı yaşaya biləcək. 13 gün sürəcək qrup mərhələsində ilki iki yerin sahibləri 1/8 finala adlayacaq.

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

Olimpiya sistemi ilə davam edəcək turnirin bu raundu qrupların ardınca başlayacaq. Yalnız 1/4 final öncəsi mundialda ilk fasilə yaranacaq. 29 günlük futbol bayramı dekabrın 18-də baş tutacaq final matçı ilə yekunlaşacaq.

Qətərdəki mundial yalnız ev sahiblərinin DÇ-lərin final mərhələsindəki debütü ilə əlamətdar olacaq. Digər yığmalar əvvəllər də yarışa qatılıb. Niderland, Qana, Kamerun, ABŞ və Ekvador buraxdıqları DÇ-2018-dən sonra final mərhələsinə qayıdıb. Kanada 36, Uels isə 64 illik həsrətə son qoyub.

Qeyd edək ki, dünya çempionatı tarixdə ikinci dəfə Asiyada keçiriləcək. 2002-ci ildə Yaponiya və Cənubi Koreya mundiala ev sahibliyi edib.



Xəbərin oxunma sayı : 316




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap