|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
22 manatlıq nömrə necə 10 000 manata satılır?
Tarix 17.10.17, 5:37 |
|
Yaxın günlərdə Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başlayır.
Maliyyə Nazirliyi hələ sentyabrda büdcə layihəsini Nazirlər Kabinetinə təqdim edib, hazırda sənədə baxılır və bir neçə gündən sonra parlamentdə müzakirə edilmək üçün Milli Məclisə göndəriləcək. Büdcənin parametrləri dəqiq açıqlanmasa da, dövlət başçısının tapşırıqlarına görə, 2018-ci ilin büdcəsinin gəlir-xərc bölmələri 2017-ci ilə nisbətən daha böyük olacaq. Bu tapşırıqlarla əlaqədar olaraq dövlət qurumları büdcənin gəlirlərinin artırılması üçün yeni mənbələr axtarışındadırlar.
AzFakt.com FED.az-a istinadən xəbər verir ki, bu mənbələrdən biri də indiyədək diqqətdən kənarda qalan və xeyli vəsaitlərin büdcə üçün itirildiyi avtomobillərin qeydiyyat nişanlarının satışıdır. Təqribi hesablamalara görə, qeydiyyat nişanlarının satışının düzgün və şəffaf təşkil edilməsi büdcəyə ildə 50-100 milyon manat arasında vəsait gətirə bilər. Hələliksə, bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi hər il bu qədər məbləği itirməkdədir, baxmayaraq ki, “hörmətli” qeydiyyat nişanlarının alınması üçün avtomobil sahibləri kifayət qədər vəsait ödəməyə hazırdırlar və ödəyirlər. Beləliklə….
Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə desək, nömrələrin) verilməsi üçün rüsumlar “Dövlət rüsumu haqqında” qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır. Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasındadır.
Qanunda indiki vəziyyət belədir:
Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:
Cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə – 22 manat.
Oxuculara daha aydın olsun deyə, bu qaydaları misallarla izah edək. Məsələn, qanuna görə, 10-GH-001 nömrəsinin qiyməti 1500 manatdır. 10-GH-100 nömrəsinin qiyməti 1000 manat, 10-GH-222 nömrəsinin qiyməti isə cəmi 500 manatdır. Burada söhbət o nömrələrdən gedir ki, seriyalarındakı hərflər (yəni “G” və “H”) fərqlidir.
Amma əgər seriyadakı hərflər də eynidirsə, yəni məsələn, “GG” və ya “HH”-dirsə, qiymətlər bir qədər də artır. Məsələn, 10-GG-001 nömrəsi 2500 manat, 10-GG-100 nömrəsi 1500 manat, 10-GG-555 nömrəsi isə cəmi 1000 manatdır. İnandırıcı deyil, eləmi? Doğrudan da, bazardakı real qiymətləri nəzərə alanda, bu rəqəmlər inandırıcı görünmür, amma hər halda qanunda belə yazılıb.
Qanundakı məqamlara yenə qayadacağıq, amma gəlin, real bazara nəzər salaq.
Bazarda real vəziyyət – 10-30 min manatlıq nömrələr
“Hörmətli” və ya “diqqəti çəkən” avtomobil nömrələrinin qiymətini bilmək üçün uzağa getmək lazım deyil. Satış saytlarındakı elanlarda bütün qiymətlər göstərilib. Bu qiymətlərə əsasən, nəinki “Dövlət rüsumu haqqında” qanunla “diqqət çəkən” sayılan, hətta bir sıra digər nömrələrin qiymətləri də rəsmi qiymətləri 10 dəfələrlə, hətta 100 dəfə üstələyir. Bu elanlardakı qeydiyyat nömrələri və onların qiymətlərinə nəzər salaq.
Məsələn, 10-CX-100 nömrəsinin bazar qiyməti 30 min manat, 10-BX-100 nömrəsinin qiyməti isə 25 min manatdır. Halbuki, qanuna görə, belə nömrənin dövlətdən alış qiyməti cəmi 1000 manat təşkil edir.
Başqa kombinasiyalı nömrələrə nəzər salaq: 99-LC-999 nömrəsinin bazar qiyməti 15 500 manat, 99-lN-999 nömrəsinin qiyməti isə 13 900 manat təşkil edir. Halbuki, belə nömrələrin dövlətdən alış qiyməti, qanuna görə, cəmi 500 manatdır.
Başqa bir variant, hansı ki, elanlarda satışda deyil, amma onu misal çəkmək mümkündür. Siz 22-ZZ-222 nömrə nişanlı avtomobillə rastlaşmısınız? Bu nömrənin özəlliyi ondadır ki, “Z” hərfi 2 rəqəminə oxşadığına görə, bütün nömrənin yalnız “Z” ilə və ya “2”-lərdən ibarət olması görüntüsü yaradır. Belə nömrə istənilən avtomobil sahibinin arzusudur və digər nömrələrin qiymətləni nəzərə aldıqda, onun bazar qiyməti təqribən 100 min manat ətrafındadır. 55-SS-555 nömrəsində də oxşar vəziyyətdir. Amma qanuna görə, bu nömrənin dövlət qiyməti cəmi 1000 manatdır. Haqqında danışılan nömrələrin 1000 manata almağın mümkün olub-olmaması isə başqa söhbətin mövzusudur.
Ən maraqlı vəziyyət 99-XX-999 nömrələri ilə bağlıdır. Qanuna görə, belə (yəni seriyası da eyni hərflərdən ibarət olan) nömrələrin dövlət qiyməti cəmi 1 000 manatdır. Bəli, qəribə və qətiyyən inandırıcı görünməyən rəqəmlərdir, amma belə nömrələri qanuna görə 1000 manata almaq olar. Halbuki bazarda belə nömrələrin qiyməti 50-60 min manatdan yuxarı, bəzən isə 100 min manata çatır.
Amma avtomobil nömrələrinin tamamilə başqa, qanunda nəzərdə tutulmayan (bilərəkdənmi, yoxsa bilməyərəkdənmi) variantları da var ki, onlar da bazarda yüksək qiymətə dövr edir. Söhbət, məsələn, 10-CL-010 və ya 10-NR-010 kimi nömrələrdən gedir. Diqqət yetirmisinizsə, qanunda belə nömrələr haqqında heç nə deyilmir, yəni onlar “diqqəti çəkən” nömrələr sırasına əlavə edilməyib. Amma onların qiyməti göründüyü kimi, 11 500-12 500 manatdır.
Nəhayət, xüsusilə Bakı üçün aktual olan və avtomobil həvəskarları arasında böyük populyarlığa malik olan “OO” və “DD” seriyalı nömrələr. Hazırda bazarda belə nömrələrin qiymətləri 10 min manatdan aşağı deyil.
Ən maraqlısı odur ki, belə nömrələrin dövlət qiyməti cəmi 22 manatdır. Bazarda isə həmin nömrə 500 dəfə baha qiymətə satılır. Bəli, “Dövlət rüsumu haqqında” qanunun yuxarıda göstərilən hissəsindən də aydın olur ki, nömrələrin qiyməti müəyyən ediləndə, rəqəmlər əsas götürülüb, seriya isə ayrıca olaraq nəzərə alınmır. Nəticədə, bazarda belə yüksək qiymətə satılan nömrələrin dövlət qiyməti gülünc həddədir. Və hər belə nömrənin satışından dövlət büdcəsinə cəmi 22 manat daxil olur.
Nəhayət, avtomobillərin markasındakı rəqəmləri təkrarlayan qeydiyyat nişanları. Bəzi avtomobil markalarının seriyası və mühərrikinin həcmi ilə bağlı özünəməxsus rəqəmləri var. Bura “BMV”-də 735-740-745-750-760, “Lexus”da LS460, LX 470, LX 570, RX350, “Mersedes”də 180, 220, 240, 350 və sair kimi seriyalar aiddir. Rəsmi sənədlərə görə, belə nömrələrin, məsələn, 99-LX-570 qeydiyyat nömrəsinin dövlət qiyməti cəmi 22 manatdır. Qara bazarda isə belə nömrələr bir neçə min manata satılır.
Yol polisindən “Əlifba dərsi”
Qanundakı müddəaları və qiymətləri nəzərə aldıqda, bazarda nömrələrin belə baha qiymətə satılması ilk baxışdan təəccüblüdür: əgər həmin nömrələri daha ucuz qiymətə almaq mümkündürsə, nə üçün onlara 10, hətta 100-500 dəfə artıq məbləğ ödənilsin. Problem də məhz bu məqamdadır. Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarının satışı Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Amma bu proses – nömrələrin satışı qeyri-şəffafdır. Belə ki, hazırda nömrələrin hansı prinsiplə, yəni hansı seriya ardıcıllığı ilə satıldığı məlum deyil. DYP-də bildirirlər ki, söhbət seriyadakı hərflərin əlifba sırası ilə düzülməsindən gedir. Amma hazırda satışda əlifbanın bütün hərfləri ilə başlayıb, bitən nömrələr mövcuddur. Digər tərəfdən, “əlifba qaydasının” hansı normativ sənəddə nəzərdə tutulduğu məlum deyil. Tamamilə mümkündür ki, belə qayda heç bir sənəddə əks olunmayıb, ona görə də onu pozmaq o qədər də çətin deyil.
Boş nömrələr “görünmür”
Digər tərəfdən, hazırda hansı nömrənin tutulduğu və ya boş olması ilə bağlı məlumatı heç bir mənbədən almaq mümkün deyil. Daha dəqiqi, belə məlumatların yerləşdirildiyi və hamının baxa biləcəyi mənbə mövcud deyil. Bu cür məumatları yalnız DYP-yə müraciət etməklə, əldə etmək mümkündür.
Dəfələrdə bəyan edilməsinə baxmayaraq, indiyədək DYP qeydiyyat nişanları ilə bağlı məlumatları açıq mənbələrdə yerləşdirməyib və bununla bağlı planlarını açıqlamayıb. Ümumiyyətlə, DYP rəsmiləri yol polisi sistemində bütün xidmətlərin elektronlaşdığını fəxrlə bəyan etdikləri halda, qeydiyyat nişanlarının internetə yerləşdirilməsi və elektron şəkildə seçilib-satılması məsələsində susmağa, ümumiyyətlə, bu mövzuya toxunmamağı çalışırlar.
Nəticədə qeydiyyat nişanlarının satışında büdcənin hər il milyonlarla manat vəsait itirməsinə səbəb olan qeyri-şəffaf şərait yaranıb.
İtirilən məbləğ yarım milyard manata çatır
İtirilən məbləğ isə böyükdür. Bunu təqribən hesablamaq üçün ölkəmizdə avtomobillərin sayına nəzər salaq. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə, yəni 2007-ci ildən 2016-cı ilədək Azərbaycanda şəxsi minik avtomobillərinin sayı 500 min ədəd artıb. Bunların cəmi 5 faizinin, yəni 25 mini “yaxşı” nömrə kimi qəbul edib, orta yüksək qiymətlə (1500 manatdan), qalan 475 min nömrəni 22 manatdan hesablasaq, son 10 ildə nömrə satışından büdcəyə təqribən 50 milyon manat (37,5 milyon manat + 10,45 milyon manat) vəsait daxil olmalıdır. Nömrə satışından büdcəyə nə qədər vəsait daxil olduğu hələlik açıqlanmayıb.
Amma bu, hələ dövlət qiymətləri ilə toplana bilən məbləğdir. Bazar qiymətlərini nəzərə aldıqda isə, nömrə satışından büdcəyə daxil olan vəsaitlər bundan qat-qat artıq olar.
Bazar qiymətləri ilə götürdükdə, 500 min avtomobil nömrəsinin 10 faizinin “diqqəti çəkən” nömrə olduğunu və onların bazar qiymətinin orta hesabla 10 min manat olduğunu götürsək, nömrələrin satışı azı 510 milyon manat gəlir gətirə bilərdi.
Başqa sözlə, qeydiyat nişanlarının dövlət və bazar qiymətləri arasındakı fərq nəticəsində dövlət büdcəsi yarım milyard manatdan artıq vəsait itirib.
Məsələyə ASAN Xidmət qarışmalıdır
Yuxarıda qeyd edildiyi kimi, hazırda hökumət büdcə gəlirlərini artırmaq üçün maliyyə mənbələrinin axtarışındadır. Bu mənbələrdən biri də məhz avtomobil qeydiyyatı nişanlarının şəffaf şəkildə, bazar qiyməti ilə satışı ola bilər. Əgər avtomobil sahibi diqqətini çəkən nömrəyə 20-30 min manat verməyə hazırdırsa, nəyə görə bu vəsait dövlət büdcəsinə deyil, hansısa möhtəkirin cibinə axmalıdır?
Nömrələrin şəffaf satışı üçün isə variantlar kifayət qədərdir. İlk növbədə satılmayan nömrələr heç bir məhdudiyyət qoyulmadan Yol Polisinin və ASAN Xidmətin internet səhifəsində yerləşdirilməlidir. ASAN Xidmətin bu prosesə cəlb edilməsi ona ictimai etimadın yüksəlməsinə və şəffaflığın artmasına səbəb ola bilər.
“Nömrə hərrac”ları başlayacaq?
Bundan başqa, xüsusi kombinasiyaya malik olan nömrələrin hərrac yolu ilə satışları təşkil edilməlidir. Şərq və ərəb ölkələrində keçirilən belə hərraclarda diqqəti çəkən nömrələrin qiymətləri bir neçə milyon dollaradək artır. Oxşar nəticəni Azərbaycanda da əldə etmək mümkündür.
Digər tərəfdən, diqqəti çəkən qeydiyyat nömrələrinin siyahısı bir də nəzərdən keçirilməli və bazarda daha yüksək qiymətə satıla bilən nömrələr müəyyn edilərək, onlara ilkin qiymət qoyulmalıdır.
Büdcə üçün 50 milyon manatlıq mənbə – nömrə satışı
Bu tədbirlərin həyata keçirilməsi büdcəyə nömrə satışından gələn vəsaitlərin həcmini qat-qat yüksəldə bilər. Belə ki, statistikaya görə, 2016-cı ildə Azərbaycanda şəxsi minik avtomobillərinin sayında cəmi 7,4 minlik artım var. İqtisadi vəziyyəti nəzərə alaraq, 2018-ci ildə də avtomobillərin artımının təqribən bu qədər – 7 min ədəd olacağını güman etmək olar. Bunlardan 100 avtomobilin 50 min manatlıq, 100 avtomobilin 30 min manatlıq, 200 avtomobilin 20 min manatlıq, 200 avtomobilin 10 min manatlıq, 300 avtomobilin 5 min manatlıq, 300 avtomobilin 2 min manatlıq nömrə alacağını qəbul etsək, gələn il büdcə qeydiyyat nişanı satışından 16,1 milyon manat qazana bilər. Nömrələrin 22 manata satılacağı təqdirdə isə bu məbləğ cəmi 154 min manat olacaqdı. Avtomobil idxalının artacağı təqdirdə, gəlirlər daha yüksək ola bilər. Belə ki, 20 min avtomobilin satışı nəticəsinə qeydiyat nişanlarından gələn gəlirlər ildə 50 milyon manata çata bilər.
Xəbərin oxunma sayı : 1669
Sosial
Xəbərlər
-
Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi
-
3 dərəcə şaxta, qar, güclü külək - Sabahın havası
-
Cəza sərtləşdirildi: bu şəxslər 2500 manat cərimələnəcək
-
Bu şəxslərin maaşları artırılır - MƏBLƏĞ
-
Moskvadakı terroru kim maliyyələşdirib? - İstintaq Komitəsi açıqlama yaydı
-
Kommunal xidmətlərlə bağlı dəyişiklik - QƏRAR
-
Üçqat dünya çempionumuzun cinayət işi: 185 mini kim mənimsəyib?
-
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama
-
Qazaxıstandan öz vətəndaşlarına çağırış: “Odessa və Xarkov vilayətlərini tərk edin”
-
Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL
-
Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
-
Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA
-
İsrail Hələbə hava zərbələri endirib - 36 Suriya hərbçisi həlak olub
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 21 məsələ var
-
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
-
1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı
-
NATO Ukraynaya ciddi dəstək verməlidir - Latviya XİN başçısı
-
Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
-
Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib - Görünməmiş TƏHLÜKƏ
-
Yaponiyadan texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi
-
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
-
“ABŞ-nin NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - Bolton
-
Jurnalist İdrak Camalbəyli Kiyevdə vəfat edib
-
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
-
Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
-
İlon Mask müğənni sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb? - FOTO
-
Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
TOP 10
ARXİV